"Ölkə başçısının sərəncamı əsasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması, sosial problemlərin həllini tezləşdirməklə yanaşı, işlərin sistematik şəkildə həyata keçirilməsinə imkan yaradacaq". BunuSİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, yaradılacaq komissiya Azərbaycanın sivil, hüquqi bir dövlət kimi hormonik inkişafını təmin etmək, mövcud olan sosial problemləri görüb qabartmaqla yanaşı, onların həllinə dair qabaqlayıcı tədbirlər görmək kimi məsələləri həyata keçirəcək: "Bildiyiniz kimi, ölkəmiz iqtisadiyyatın yeni dövrünə qədəm qoyub, qeyri-neft sektoru sürətlə inkişaf etməkdədir. Ümumdünya böhranı getdikcə dərinləşir, bu da ölkənin həm valyuta, həm də məhsul mübadiləsi məsələsində yeni addımların atılmasını, proqramların qəbul edilməsini zəruri edir. Regionların sosial-iqtisadi inkişafı hərtərəfli və hormonik şəkildə davam etməlidir. Əhalinin sosial vəziyyəti getdikcə daha da yüksəlməli, ölkəmiz dünya böhranı şəriaitindən ən az itkilərlə çıxmalıdır.Bundan əlavə, Azərbaycan brendləri formalaşmalı, qeyri-neft sektoru məhsullarımız dünya bazarlarına çıxmalıdır ki, bununla həm ölkəmiz tanınmalı, həm də məhsulumuz satılmalıdır. Bütün bunların nəticəsində ölkəmizə valyutalar daxil olmalıdır".M. Quliyev qeyd edib ki, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, məşğulluq, yoxsulluq, evsizliklə bağlı problemlərin həlli yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrində olan uğurları daha da artırmaq və insanlara əlçatan etmək uzun müddətə hesablanan layihələrdir ki, Yeni yaradılan Şura onların həyata keçməsini yerinə yetirəcək: "Şuraya Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun rəhbərlik etməsi onu göstərir ki, ölkə başçısının bu sərəncamı da əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına hesablanıb. Düşünürəm ki, sərəncamın icrasına qısa müddətdə başlanılacaq və tezliklə real nəticələri görəcəyik".
sia.az