Bu mövzuda YAP Gənclər Birliyində növbəti təlimi reallaşıb
YAP Gənclər Birliyində "Diplomat Susaraq Danışır" layihəsinin növbəti təlimi reallaşıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nigar Səfərova layihə haqqında ətraflı məlumat verərək bildirib ki layihənin əsas məqsədi beynəlxalq səviyyədə keçirilən görüşlər, qəbullar zamanı etiket qaydalarının düzgün istifadə edilməsi və gənclərin bu sahədə biliklərinin artırılmasından ibarətdir. Daha sonra təlimçi Güllü Eldarzadə iştirakçılara "Diplomatiyada Etiket Qaydaları" haqqında təlim və praktiki oyunlar keçib. Təlim gənclərin böyük diqqət və marağına səbəb olub.
Samir