PDF Oxu

Siyasət

  • 32

ATƏT-in bədnam Varşava iclası

ATƏT-in bədnam Varşava iclası

"24 saat ərzində müharibə başladıb iki ölkəni işğal edən ABŞ-ın rəvac verən quluna çevrilən ATƏT..."

Bir neçə gün bundan öncə Polşanın paytaxtı Varşavada ATƏT-in plenar iclası keçirilmişdi. İclasda guya üzv ölkələrin təşkilat qarşısındakı öhdəliklərinə baxılıb və qiymət verilib. İclasın hər günü bir mövzuya həsr olunub və hər bir məsələ üzrə ABŞ-ın rəsm nümayəndəsi Maykl Kozak bəyanat verib. Bu bəyanatlarda Azərbaycanın da adı çəkilib. Bəyanatın mətnində deyilir: "Azərbaycanda qeyri-ənənəvi dini qruplar, xüsusən, Bakı hüdudlarından kənarda olan qruplar hüquqi qeydiyyatla bağlı maneələr yaşayır."

Birincisi, Azərbaycan hər bir dini qrupu dövlət qeydiyyatına almağa borclu deyil və bu, bizim daxili qanunlarımızla tənzimlənir. Belə çıxır ki, radikalizm, terror, təhdid üzərində qurulmasına baxmayaraq, bütün dini qrupları qeydiyyata almalıyıq. O zaman sizlərə sual verməliyik: "56 üzv və 11 tərəfdaş dövlətlə özünü dünyanın ən böyük regional təşkilkatı adlandıran ATƏT nə üçün Polşa, Danimarka, Malta, Almaniya, Norveç, Ermənistan, İslandiya, İtaliya, Kanada ABŞ və Portuqaliyada hər hansı dini qrupların dövlət qeydiyyatına alınmamasına, bir çox hallarda qeyri-müsəlmanları bu ölkələrdən ən ağır metodlarla deport edilməsinə münasibət bildirmir? Nə üçün ABŞ bu və digər formada dəstək verdiyi terrorçu təşkilat olan "İŞİD"in maraqlarına xidmət edən radikal dini təriqətləri öz ölkəsində qeydiyyata almır? Eyni zamanda, Almaniyanın "gələcəkdə heç bir müsəlman ölkəmizə buraxılmayacaq" bəyanatı cavabsız qalır? İkincisi, Azərbaycanda dinindən və irqindən asılı olmayaraq, hər bir inanclı insan istədiyi dini ibadət yerlərində öz ayinlərini yerinə yetirir, ibdatələri ilə məşğul olurlar. Yəqin ölkəmizdə tolerantlıqla bağlı aparılan işlərdən xəbərdarsınız və biz də sizə məlumat vermək niyyətində deyilik. Çünki "Aslanın harda olmasından asılı olmayaraq, çaqqal hər yerdə çaqqaldır...". O ki qaldı, cərimələrə, polis reydlərinə.., qanun qarşısında hər kəs bərabərdir. Azərbaycanda qanunu pozan istənilən şəxs məsuliyyət daşıyır və kiminsə dini inancdan istifadə edərək, qanun pozuntularını gizlədirsə, bu artıq başqa məsələdir. Həmçinin, bunun sizlərə heç bir dəxli yoxdur!

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk Qrupu yaradılıb. Düz 24 ildir ki, "vasitəçilik" edirsiniz, bəs nəticə? 24 saat ərzində müharibə başladıb cəmi iki ölkəni işğal edən ABŞ-ın rəvac verən quluna çevrilən ATƏT 24 ildə bir "şey" əldə edə bilməyibsə, o zaman heç olmasa susun.

Daha sonra bəyanatda deyilir: "Biz, həmçinin, hökuməti bütün jurnalistləri və ifadə azadlığını həyata keçirdiklərinə görə həbs edilmiş digər şəxsləri qeyd-şərtsiz azad etməyə çağırırıq". Sizin "ifadə azadlıqlarını həyata keçirən" jurnalist dedikləriniz doğma dövlətinin maraqlarını, məhz sizin xüsusi xidmət orqanlarına satmaqla məşğul idilər və buna görə də, layiq olduqları cavabları alırlar.

ATƏT-in mətbuat katibi Maykl Kozakın bu vaxta qədər təsmil etdiyi qurumun "uğurlu" fəaliyyətindən danışması olduqca utancvericidir. Bu, hansı "uğurlu" fəaliyyətdir, cənab Kozak!? Suriyada öldürdüyünüz uşaqlarımı nəzərdə tutursunuz, yoxsa 1 milyon insanı məcburi köçkünə çevirən Ermənistanın işğalçı siyasətinin acı nəticələrindən? Hər halda, özünü dünyanın ən böyük regional təşkilatı adlandıran bu qurum Dağlıq Qarabağ münaqişəsinin sülh yolunun həlli ilə bağlı bircə addım irəli gedə bilməyibsə, o zaman Kozakın hansı "uğur"lardan danışdığı aydın olur. Hər halda dünyadan 1975-ci ilin avqust havası gəlir və gec-tez haqsız olan uduzacaq…

Samir

Digər xəbərlər