PDF Oxu

Siyasət

  • 19

Elman Məmmədov: “Ermənistan Azərbaycanın qarşısında zəif və acizdir” AÇIQLAMA

Elman Məmmədov: “Ermənistan Azərbaycanın qarşısında zəif və acizdir” AÇIQLAMA

"Azərbaycan Prezidenti diplomatiya, dövlətlərarasında olan danışıqlar, qayda-qanunlar xatirinə, danışıqlarda müəyyən məsələlərin açıqlanmaması şərtlərinə ən yüksək səviyyədə həmişə əməl edirdi. Amma artıq bu işğalçı dövlətin, onu havadarları olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin son dərəcə göstərdikləri həyazıslıq, qeyri-səmimilik, riyakarlıq, ədalətsizlik cənab Prezidenti məcbur etdi ki, o fikirləri səsləndirsin". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, ölkə rəhbərinin söylədikləri həm Azərbaycan ictimaiyyəti üçün idi, həm də elə o həmsədr dövlətlər, beynəlxalq təşkilatlar, işğalçı dövlət üçün idi: "Bu həqiqətən belədir. Hətta deyərdim ki, işğalçı dövlətdən çox əsas problemin həll olunmasına həmsədr dövlətlər mane olur. Çünki həmsədr dövlətlər işğalçıya havadarlıq etməsələr, işğalçının o gücü yoxdur ki, Azərbaycan qarşısında tab gətirsin. İşğalçı Azərbaycanın bugünkü iqtisadi, siyasi, diplomatik və ən başlıcası hərbi gücü qarşısında həddindən artıq zəif və acizdir. Əgər o özünün havadarlarına, onun dəstəkləyən bu riyakar, qeyri-səmimi həmsədr dövlətlərə arxayın olmasa, o danışıqlarda təbii ki, məcburən konsruktiv mövqedə olacaq və Azərbaycan torpaqlarından çıxıb gedəcək. Amma buna baxmayaraq bəziləri Ermənistana maliyyə, silah, siyasi yardım göstərilir və s. Yəni bu cırtdan, işğalçı, terrorçu dövlətin yaşamasının əsas səbəbkarları bu böyük ( xüsusən də 3 həmsədr) dövlətlərdir. Ona görə də nə qədər ki, bu həmsədrlik mandatı ABŞ, Rusiya və Fransaya tapşırılıb onlar heç zaman imkan verməyəcək ki, Dağlıq Qarabağ məsələsi ədalətli həllini tapsın".

sia.az

Digər xəbərlər