"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı əhatəli və dərin məzmunlu nitqində ölkəmizin həm daxili, həm də xarici siyasətinə dair prinsipial məsələlər öz əksini tapmışdı". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Millət vəkilinin sözlərinə görə, dövlət başçısının iclasda səsləndirdiyi proqram xarakterli fikirlər öyrənilməli, qarşıya qoyulan vəzifələr yerinə yetirilməlidir.Ölkəmizin son 9 aydakı inkişaf göstəricilərinin bir sıra ölkələr üçün nümunə olduğunu dilə gətirən M. Qasımlı vurğulayıb ki, bu müddət ərzində ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində mühüm layihələr həyata keçirilib: "Dünyada baş verən mürəkkəb proseslərin fonunda ölkəmizdə sosial layihələrin - məktəb, bağça, xəstəxana və digərlərinin tikintisinin davam etdirilməsi dövlətimizin sosial yönümlü siyasət yürütdüyünü göstərir. Ölkəmizdə atılan bütün addımlar vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına hesablanır. Ölkə başçısının söylədiyi nitqində də qeyd olundu ki, 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaq".
sia.az