PDF Oxu

Siyasət

  • 14

Akif Nağı: “Azərbaycan axıradək öz mövqeyində qalacaq”AÇIQLAMA

Akif Nağı: “Azərbaycan axıradək öz mövqeyində qalacaq”AÇIQLAMA

"Beynəlxalq qurumlar Azərbaycana qarşı təzyiq edir və ölkəmizi razı salmağa çalışırlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanısın. Yəni onlar olmayan biri şeyi Azərbaycana diqtə etməyə çalışırlar". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.QAT sədrinin sözlərinə görə, ümumiyyətlə Dağlıq Qarabağ qurum deyil və onun müstəqilliyi yoxdur: "Dağlıq Qarabağ qondarma Ermənistanın yaratdığı işğalçı bir rejimdir. Məsələnin mahiyyəti bundan ibarətdir. Amma görün, beynəlxalq qurumlar, təşkilatlar nə qədər ədalətsiz dünyadadırlarsa, DQ-nın müstəqilliyini tanıyırlar. Onsuzda onlar bilir ki, bu, Rusiyanın köməkliyi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma bir qurumdur. Amma artıq məsələ o həddə çatıb ki, Azərbaycan Prezidenti də buna öz reaksiyasını verib. Digər tərəfdən hesab edirəm ki, Prezidentin mövqeyi tamamilə düzgün bir mövqedir. Azərbaycan axıradək bu mövqeyində qalacaq. Bu diplomatik və hərb yolu ilə də ola bilər. Hesab edirik ki, bu daha çox hərbi yolla mövcuddur".

sia.az

Digər xəbərlər