"Ümumiyyətlə qeyd edim ki, Tofiq Yaqublu son zamanlar apardığı ardıcıl mübarizə və prinsipial mövqeyi ilə artıq digər mübarizə yoldaşlarından fərqlənir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.Onun sözlərinə görə, Tofiq Yaqublu həbsdə olarkən bir çox əqidə yoldaşları onun müdafiəsi istiqamətində demək olar ki, ciddi mübarizə aparmırdılar: "Amma indi Müsavat partiyasında rəhbərlik dəyişəndən sonra onlar arasında yeni münasibətlər də üzə çıxıb. Bəlli olur ki, Tofiq Yaqublu daha uzunmüddətli siyasi proseslərdə iştirak edib. Amma sonradan müəyyən olundu ki, o partiya rəhbərliyinə gələn şəxslərin təzyiqi nəticəsində artıq bir növ özünü təhqir olunmuş hesab edir. Çünki bildiyiniz kimi, Arif Hacılının rəhbərliyini Müsavat partiyasında bir çoxları qəbul etmir. Düşünürəm ki, onlardan biri də Tofiq Yaqubludur. Artıq zaman keçdikcə o, öz etirazını ortaya qoyacaq. Düşünmürəm ki, o Arif Hacılının cəlb olunduğu bir quruma müavin postuna razılıq versin".
sia.az