Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Republikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olmuş "Jurnalistikanın bu günü" layihəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə tanınmış aparıcılar Vüsalə Səid və Rəşad Mehdili iştirak edib.Əvvəlcə layihə rəhbəri Jalə Məmmədova qonaqları tələbələrə təqdim edib və Gənclər Fondu haqqında onları bilgiləndirib.Daha sonra aparıcılar jurnalist tələbələrlə jurnalistikanın bu günki vəziyyətini müzakirə etmiş, gələcəyin jurnalistlərinə təcrübələri haqqında məlumat veriblər.Görüşün sonunda aparıcılar gənclərin suallarını cavablandırıb və kollektiv foto çəkilib.
Tənzilə Rüstəmxanlıdan "Azadlıq"a sərt cavab EKSKLUZİV
"Türk əri olmaqdan məhrum olanların..."
"Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı "SƏS" qəzetinə eksklüziv açıqlamasında haqqında "azadlıq.info" saytında dərc olunan şər-böhtan dolu yazıya münasibət bildirib. T.Rüstəmxanlı qeyd edib ki, hər şey 7 oktyabrda Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş bir tədbirdə Yasəmən Qaraqoyunlunun bizləri ittiham etməsi ilə başladı: "Tədbirə əsasən ziyalılarımızı və mətbuat nümayəndələrini dəvət etmişdik. Məqsədim sadəcə 18 Oktyabrın önəmini bir daha xatırlatmaq, gündəmə gətirmək, bu millətin mustəqilliyə qovuşmasında əməyi və haqqı olan hər kəsi minnəttarlıq hissi ilə anmaq idi. Qüdrət Həsənquliyev, Fazil Mustafa da o günün önəmini və millətin taleyində oynadıgı rolu bir daha qeyd etdilər. Millət vəkili Fəzail İbrahimli Azərbaycanın mustəqilliyə gələn yolunun tarixi həqiqətlərindən, millətimizin azadlığa qovuşmaması üçün rus və ermənilərin işbirliyindən danışdı. Azadliq hərəkatının liderlərindən biri Sabir Rüstəmxanli da o günün qəhramanlarının bu gün yaşadıqları çətinlikləri, onlara edilən haqsızlıqları dilə gətirdi. Bəzi çıxışlardan sonra söz istəyən Yasəmən Qaraqoyunluya çox böyük bir ehtiramla söz verdim. Yasəmən xanım sanki o tədbirdə olmayan birisi kimi çıxışçıların heç birini dinləməmişdi, çox aqressiv bir şəkildə bizi ittiham etməyə başladı ki, bəs niyə bura Əli Kərimli, İsa Qəmbər dəvət olunmayıb? Qüdrət Həsənquliyev lider olmayıb, (qeyd edim ki, Qüdrət bəy tədbirdən gedəndən sonra Yasəmən xanım bunları dedi - T.R) falan-filan.Yasəmən xanımın çıxışı tam bir provokasiya xarakterliydi, tədbirin əhəmiyyətinə kölgə salmaq, araqarıştırmaq, iş görmək əvəzinə söz oyunu etməkdən başqa bir şey deyildi. Mən xanımın çıxışına cavab vermək zorunda qaldım, kimsənin şəxsiyətinə toxunmayacak, alçatmayacak bir şəkildə fikirlərimi söylədim və sənin lider saydığın adamları mən lider saymıram dedim. Xarici fondlardan maliyə alaraq öz dövlətinə düşmənçilik edənləri tənqid etdim. Bəzən ermənidən daha betər düşmənçilik edənlərimiz var dedim. İndi gələk iki gündən bəri sosial medyada, açılan birtərəfli müzakirələrə, təhqirlərə və yalanlara...".
"AXCP-çilər Əli Kərimlini və onun arvadını təhqir edəndə..."
T.Rüstəmxanlı qeyd edib ki, sanki biri düyməyə basdı ki, içinizdə nə qədər kin və nifrət, çirkab varsa tökün bu ailənin üzərinə: "Birincisi, mənim kimi dəvət edib, kimi etməyəcəyim haqqında kimsənin önündə götürdüyüm bir öhdəliyim yoxdur və buna da borclu deyiləm. İkincisi, bu gün guya Əli Kərimlinin müdafiəsinə qalxaraq, məni təhqir edənlərə bir sualım var, 1999-cu ildə sizin bir çoxunuzun da təmsil olunduğunuz AXCP üzvlərinin bir çoxu onu və xanımı Samaranı təhqir edəndə, onu sizlərin şərindən qorumaq üçün tədbir təşkil edərək, qılınc təqdim etmişdim və Əli Kərimlidən soruşun sizə söyləsin ki, o qılıncı ona kim təqdim etmişdi. Hər kəs əslində mahiyətini ortaya qoyur. Tökün ətəyinizdəki daşları, yalanlarınız sadəcə öz ayağınıza dolaşar".
"Turqut bəy, soyadın "Ər" olunmasıyla ər olunmaz!"
T.Rüstəmxanlı anti-Azərbaycan çıxışları ilə elə doğma vətəni Türkiyədə də böyük qınağa tuş gələn Turqut Ərin ona ünvanladığı suallara cavab verib: "Mənə sual ünvanlayanlardan biri də Turqut Ərdir ki, Azərbaycanda 1992-ci ildən 2000-inci ilə qədər Türkiyəmizin səfirliyində mətbuat müşaviri olaraq çalışmış və sonra burdan göndərilmişdir. Səbəbini özü bilir. Burda olduğu müddətdə bir və ya iki dəfə toplantılarda görüşmüşük. Ondan sonra onunla heç qarşılaşmamışam. Turqut bəy, soyadın "Ər" olunmasıyla ər olunmaz! Ərlik türk kültüründə qadına sayqıdan başlanır. Bizim kültürdə ər savaşına ərənlərlə gedərdilər, yoxsa feys səhifələrinin arxasına gizlənənlərlə mənim işim olmaz. Mən yeddi cəddimi bilirəm və şəcərəmi də 15 il öncə "Dumanda İtən Vətən" kitabında işıqlandırmışam. Yeddi göbək babalarım Türk oğlu Türkdür. Türk olmağımla hər zaman qürur duymuşam. Səni üzmək zorundayam. Soyumda-sopumda heç qanı qarışıq yoxdur. Məni bilənlər bilir ki, mən hər zaman sözümün əri olmuşam. Türk milliyətçisiyəm. Bu nə zamana, nə də məkana görə dəyişməz. Elçibəylə bağlı sözlərində də səmimi deyilsən. Əgər gerçəkdən Elçibəyi sevsəydin illər uzunu onu söyən və ona xəyanət edən adamların sözcülüyünü yapmazdın. Elçibəyi özünə qalxan etmə... Burdan sənə yüzlərlə qatı açılmamış söyüş göndərədim, amma bunu zəif və cahil adamlar edər. Bu mənim işim deyil. Sənə burdan səslənirəm. Mənimlə bağlı irəli sürdüyün o ittihamları kanıtlayacak faktları ortaya qoymasan səndən şərəfsiz adam elə sən özünsən". T.Rüstəmxanlı onu da əlavə edib ki, Avropada yaşayan və Əli Kərimlinin silahşorluğünü yapan jurnalistin xanımının kaseti yayımlanıb: "Məni söyən və mənə "sus" deyən xanımın isə kaseti sosial mediyada dolaşırmış. Sizin əxlaq meyarınızın ölçüsü budurmu? Avropaya sığınaraq, məni söyən "vətən sevərlər"- orda erməni və Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarının işğalı barədə bir yazınızdan, Xocalı soyqırımı ilə bağlı təşkil etdiyiniz bir konfransdan, erməni əsirliyində olan ananızın, bacınızın azad olunması üçün gördüyünüz bir işdən danışa bilərsinizmi? Ölkə başçısı Avropa ölkələrinə rəsmi səfərdə olanda, ermənilərdən öncə onu protest edəcək mitinqlər təşkil etməkdirmi vətənpərvərlik? Bir erməni siyasətçisi, bir erməni alimi, qəzet yazarı göstərin ki, sizlər qədər dövlətini, millətini və onun qadınını aşağılasın. İllərdir ermənilərin Azərbaycana və türk xalqına etdikləri zülümlərə qarşı mübarizə aparıram. Ermənilər belə sizin qədər bizi təhqir etmədilər. Üzüldüyüm bu deyil. Hər kəs düşüncəsinə görə əxlaq nümayiş etdirər. Məni üzən odur ki, bütün bu olayların başında duran siyasətçilər Azərbaycan iqdidarına iddialı olanlardır. İçinizi bürümüş bu kinlə, nifrətləmi Azərbaycanı idarə etməyi düşünürsünüz?Allah bu milləti o gündən qorusun".
sia.az