PDF Oxu

Siyasət

  • 17

Musa Quliyev: “AŞPA-nın ədalətli qərarı böyük göstəricidir” AÇIQLAMA

Musa Quliyev: “AŞPA-nın ədalətli qərarı böyük göstəricidir” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycanda sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) çox şəffaf şəkildə həyata keçirildi. Azərbaycan xalqının böyük əksəriyyəti azad, demokratik şəkildə öz fikirlərini ifadə etdilər. Exit-poll həyata keçirildi və onun göstəriciləri ilə dairə seçki komissiyalarının göstəriciləri demək olar ki, üst-üstə düşdü. Şikayətlər və qanun pozuntusu olmadı. Beləcə Avropa Şurası və ölkəmizə gələn beynəlxalq müşahidəçilər hamısı seçkilərə öz müsbət rəylərini verdilər". Bunu SİA-ya millət vəkili Musa Quliyev AŞPA missiyasının ölkəmizdə keçirilən referendumun nəticələrini müsbət qiymətləndirməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, hər kəs həqiqətin qarşısında istədi-istəmədi etiraf etməyə məcburdur ki, bu referendum yüksək səviyyədə baş tutdu: "Avropa Şurasının, Avropa Birliyinin müəyyən zamanlarda Azərbaycana qarşı heç şübhəsiz ki, ədalətsiz, ədalətli qərarları da olub. Hazırda biz bunu çox ədalətli mövqeyin ifadəçisi kimi qiymətləndiririk. Həm də Azərbaycanın demokratiya yolunda inamla irəliləməsinin artıq Avropa Şurası miqyasında, o çərçivədə təsdiqi kimi qiymətləndiririk. Bu birdaha onu göstərir ki, Avropa Şurasında, ATƏT-də ayrı-ayrı parlamentarilərin nə deməsindən asılı olmayaraq bütövlükdə Avropa Şurası Azərbaycanda gedən demokratik proseslərin, seçkilərin ədalətli, qanunauyğun, insan haqlarının qorunmasına, ümummilli maraqlara və beynəlxalq dəyərlərə uyğun keçirilməsini etiraf edirlərsə bu artıq böyük göstəricidir".

sia.az

Digər xəbərlər