"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında "Azərbaycan heç vaxt Dağlıq Qarbağın müstəqilliyinə imkan verməyəcək" fikirlərinə tam yanaşamaq lazımdır. Hesab edirəm ki, həmin müşavirədə dövlət başçısı beynəlxalq aləmə vacib bir mesaj verdi və öz fikrini çatdırdı". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, ölkə rəhbərinin son müşavirədə dediklərini Prezidentimizin beynəlxalq aləmə ən son xəbərdarlıqlarından biri hesab edirəm: "Elə başa düşürəm ki, beynəlxalq ictimaiyyət əgər hər şeyi müharibə ilə ölçürsə, Azərbaycan birmənalı şəkildə müharibəyə hazırdır. Hətta ölkə rəhbəri iclasda qeyd etdi ki, aktiv aprel hərbi əməliyyatlarından sonra sülh danışıqları aktivləşdi və bir neçə görüş keçirildi. İndi isə danışıqlar da dayanıb. ABŞ dövlət katibi Con Kerri və bəzi dövlətlər ermənilərin tərəfini saxlayırlar. Yəni məntiqi nəticə budur ki, əgər danışıqların stimulvericisi hərbi əməliyyatlardısa o zaman Azərbaycan da hər an hərbi əməliyyatları tanıya bilər. Onsuz da Ermənistanın təxribatı daimi var. Ermənistanın istənilən təxribatını Azərbaycan tərəfi genişləndirib iri hərbi əməliyyatlara çevirə bilər".
sia.az