PDF Oxu

Siyasət

  • 34

“Vətənin müdafiəsinə hazıram”

“Vətənin müdafiəsinə hazıram”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.SİA-nın məlumatına görə, xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, "Vətənin müdafiəsinə hazıram" mövzusunda növbəti tədbir Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə keçirilib.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin və Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər.Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini qeyd edib.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülmüş işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.

sia.az

Digər xəbərlər