PDF Oxu

Siyasət

  • 27

“Prezident iclasda münaqişənin həlli ilə bağlı gizli məqamları açıqladı” AÇIQLAMA

“Prezident iclasda münaqişənin həlli ilə bağlı gizli məqamları açıqladı” AÇIQLAMA

"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 aylıq hesabatla bağlı iclasında Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları ilə bağlı cəmiyyətimizə bəlli olmayan məqamlar üzərində dayanaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan amilləri açıqladı". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.Millət vəkili söyləyib ki, Dövlət başçısının da söylədiyi kimi problemin həll olunmaması təkcə Ermənistana görə deyil: "Ermənistanın böyük himayədarları var. Qərbdən Dağlıq Qarabağda yaşayan 40 minlik erməninin dövlət kimi tanınmasında israrlıdır və bu baxımdan da indiyədək problem həllini tapmır. Bununla da Qərb öz diplomatiyasını, iç üzünü və ölkəmizə qarşı ədalətsiz mövqe tutduğunu bir daha nümayiş etdirmiş olur. Azərbaycan ərazi bütövlüyü BMT tərəfindən tanınıb. Həmin ölkələr də bu təşkilatın üzvləri olmaqla yanaşı, onların təmsil etmiş olduqları nümayəndələr də öz dövlətləri adından Azərbaycanın suveren dövlət kimi ərazisini tanıyıb. Lakin görün beynəlxalq hüquq nə qədər təzyiq altındadırlar ki, hətta BMT-nin tanımış olduğu Azərbaycanın ərazi bütövlüyü açıq şəkildə təhdid olunur və burada müstəqil Ermənistan dövlətinin yaradılması dövlətimizdən israrla tələb olunur. Ölkə başçısı da Nazirlər Kabinetinin iclasındakı nitqində bir daha qeyd etdi ki, bağlı qapılar arxasında ölkəmizə təhdidlər edilir. Buna görə Azərbaycanın indiyədək sərt mövqe nümayiş etdirməklə, onların torpaqlarımızın hesabına ikinci müstəqil Ermənistan dövlətinin yaranmasının qarşısını alır. Təbii ki, burada ölkə başçısının qətiyyəti və iradəsi çox ciddi rol oynayır. Çıxarılan nəticə bundan ibarətdir ki, biz daha güclü, dövlətimiz qüdrətli, iqtisadiyyatımız daha da inkişaf etməli, ordumuz gücünü artırmalı və biz aprel döyüşlərində olduğu kimi ikinci və qətiyyətli son addımımızı atmalıyıq. Çünki bizim alternativ yolumuz yoxdur".F. Ağamalı təəssüflə söyləyib ki, anti-Azərbaycan qüvvələrin arasında milli satqınlar da yer alır: "Milli Şura" adlanan absurd bir qurum, onun arxasında dayanan AXCP və bir iki funksionerləri, ayrı-ayrı QHT-lər, bəzi jurnalistlər də ölkəmizə qarşı yönələn xəyanətin içərisində yer alırlar.Biz xalq olaraq hər zaman dövlətimizin və ölkə başçısının yanındayıq. Məhz bunun sayəsindədir ki, ölkəmizə qarşı məkrli planların həyata keçirilməsinə imkan verilmir. Bu baxımdan biz bundan sonra da dövlətimizin ətrafında ciddi şəkildə səfərbər olmalıyıq ki, həmin qüvvələr zəif nöqtə tapdıqda bundan istifadə edə bilməsinlər".

sia.az

Digər xəbərlər