Yevlaxlı fermerlər havaların əlverişli keçməsindən istifadə edərək pambıq yığımını sürətlə aparırlar.Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin məhsulu üçün 1415 hektar sahədə pambıq becərilib. Bu, ötən ildəkindən 457 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən "MKT İstehsalat Kommersiya" MMC-nin Yevlax filialı ilə müqavilə əsasında becərirlər.Pambıqçılıqla məşğul olan fermerlər tarlalardan hər gün orta hesabla 120 ton "ağ qızıl" toplayırlar. Artıq bu günədək 1716 ton məhsul yığılaraq emal müəssisələrinə təhvil verilib.
AZƏRTAC