"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək fikri tamamilə düzgün və realdır". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Ekspertin sözlərinə görə, dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasətini yürüdür: "Azərbaycan bir dövlət olaraq bununla öz maraqlarının qorunduğunu qeyd edir. Yəni bu o deməkdir ki, Ermənistan Azərbaycandan fərqli olaraq öz xarici siyasətini həyata keçirə bilmir. İşğalçı dövlət yalnız xaricdən hansısa bir təsir, təzyiq, lobbiçilik, maliyyələşmə və s. kustar metodlarla öz xarici siyasətinə nail olmağa çalışır. Əslində bu çox dərin bir fikirdir. Bu sadəcə Ermənistanın haradansa maliyyələşməsini göstərmir. Cənab Prezidentin fikirləri ona dəlalət edir ki, Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur. Təbii ki, bu da danışıqlar, hüquq müstəvisində nəzərə alınmalıdır. Yəni bu, çox vacib məsələdir".Ölkə başçısının söylədiyi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi məsələsinə gəldikdə isə deyərdim ki, bu ölkəmizin hər bir sahəsində öz əksini göstərir: "Azərbaycanda həm forumların keçirilməsi, həm də məlum aprel döyüşlərində əldə etdiyi qələbələrdən sonra beynəlxalq təşkilatların ölkəmizə dəstək göstərməsinin şahidi olduq. Nəinki xarici beynəlxalq institutlar, müəyyən dövlətlər tərəfindən hətta Azərbaycana qarşı qərəzli mövqe tutan təşkilatların da fikir dəyişikliyini gördük. Onlar Azərbaycanın ədalətli mövqeyini qəbul etdilər. Ümumiyyətlə aprel əməliyyatları çox uğurlu bir addım idi".
sia.az