"Rusiya-Azərbaycan-Türkiyə, həmçinin Rusiya-Azərbaycan-İran üçtərəfli formatları regionda sülh və sabitliyin yaradılması üçün ciddi zəminin olduğunu göstərir". SİA-nın məlumatına görə, bunu "Vestnik Kavkaza" agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, indi yalnız Dağlıq Qarabağ münaqişəsini həll etmək qalıb: "Bizə qardaş və yaxın ölkələr olan Rusiya və Türkiyə arasında əlaqələrin 180 dərəcə dəyişməsi sevindiricidir. Bu gün iki ölkə arasında iqtisadi, mədəni əlaqələr tam şəkildə bərpa olunur".
İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresini müsbət qiymətləndirən səfir orada Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin çıxışlarını və görüşlərinin əhəmiyyətini qeyd edib, bütün bunların ölkələrimizin qarşılıqlı əlaqələri tarixində yeni dönəm olduğunu vurğulayıb.
sia.az