PDF Oxu

Siyasət

  • 20

“Dağıdıcı müxalifət erməni lobbisi tərəfindən idarə olunur” - AÇIQLAMA

“Dağıdıcı müxalifət erməni lobbisi tərəfindən idarə olunur” - AÇIQLAMA

"Özlərini "ana" müxalifət adlandırıb, müxalifət düşərgəsini inhisara almağa çalışan Ə.Kərimlinin və A.Hacılının dəstəsi istənilən konstruktiv müzakirələrin əleyhinədirlər. Çünki, xarici ağaları belə istəyirlər". Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov bildirib. Onun sözlərinə görə, AXCP və Müsavat məkrli qüvvələrin əlaltısı olduğundan onlara şans vermək belə düzgün deyil: "Dağıdıcı müxalifət partiyaları öz düşüncələrini, istəklərini həyata keçirmək iqtidarında deyillər. Çünki partiya funksinerləri xaricdən idarə olunurlar. Demək olar ki, dağıdıcı müxalifət erməni lobbisi tərəfindən açıq və ya gizli şəkildə idarə olunur. Amma həmin qüvvələrin nə istəməsindən asılı olmayaraq, onlar ölkəmizdə hər hansı bir xoşagəlməz halların törədilməsinə nail olmayacaqlar. Çünki xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir. Bir sözlə, hər zaman olduğu kimi, bu dəfə də dağıdıcı müxaliflərin məkirli niyyətləri daş olaraq ürəklərində qalacaq".

sia.az

Digər xəbərlər