PDF Oxu

Siyasət

  • 18

Deputat: “Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaq” AÇIQLAMA

Deputat: “Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaq” AÇIQLAMA

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və ölkəmizin ərazi bütölüyünü bütün dünya qəbul edib. Torpaqlarımızın qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Təkcə bu il ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərarlar qəbul edib". BunuSİA-ya millət Azər Badamov deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsi ilə əlaqədar ədalətli mövqe nümayiş etdirib: "Lakin çox təəccüblü haldır ki, ölkəmizin ərazi bütövlüyünü təmin etmək haqqında beynəlxalq ictimaiyyətin belə ciddi qərarlar qəbul etməsinə baxmayaraq, Azərbaycan torpaqları işğal altında qalır və münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində hər hansı ciddi bir addım atılmır. Beynəlxalq ictimaiyyətin, sözünü deyən təşkilatların niyə hərəkətə gəlməməyi ilə əlaqədar cənab Prezident Nazirlər Kabinetinin ilin 9 ayının sosial -iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində tam aydınlıq gətirib və öz iradlarını bildirib. Cənab Prezdent deyib ki, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili stantartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar 4 qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur". Cənab Prezdent həm də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Amerikanın çox ədalətsiz yanaşdığını qeyd edib: "Düşünürəm ki, beynəlxalq təşkilatlar Prezidentin iradlarını təhlil edəcəklər və işğala son qoyulması istiqamətində ciddi addımlar atacaqlar. Əks halda Azərbaycanın güclü, müasir silahlarla təchiz olunmuş qüdrətli ordusu var və biz , bizə qarşı olmuş bu ədalətsizliyə öz gücümüzlə cavab verərək məsələni həll edəcəyik. Azərbaycanın ərazisi bölünməzdir və heç vaxt Dağlıq Qarabağ müstəqil ölkə olmayacaq".

sia.az

Digər xəbərlər