PDF Oxu

Siyasət

  • 34

Millət vəkili: “Ölkəmizə edilən təzyiqlərin qarşısında xalq dayanır” AÇIQLAMA

Millət vəkili: “Ölkəmizə edilən təzyiqlərin qarşısında xalq dayanır” AÇIQLAMA

"Dağlıq Qarabağ problemi bizim üçün həm siyasi, həm iqtisadi, həm də mədəni-mənəvi məsələ olduğu üçün Ölkə başçısı vaxtaşırı olaraq münaqişəyə toxunaraq ən yeni münasibətləri cəmiyyətlə bölüşür. Ötən həftə Nazirlər Kabinetinin iclasında nitq söyləyən Prezident İlham Əliyev bu ənənəni davam etdirdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.İndiyədək problemin həlli ilə bağlı aparılan mübarizənin zəngin tarixə malik olduğunu dilə gətirən millət vəkili söyləyib ki, təkcə son 10 ili götürsək, məlum olar ki, problemin həlli ilə bağlı Azərbaycan, xüsusilə də Prezident İlham Əliyev həm beynəlxalq aləmdə, həm daxildə, həm də türk dünyasında bu məsələlərə münasibətlə bağlı gərgin fəaliyyət aparıb. Onun sözlərinə görə, ölkə başçısının apardığı güclü siyasətin nəticəsidir ki, ordumuz aprel hadisələri zamanı torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu göstərdi. Bunu bütün dünya qəbul etdi: "Artıq bütün dünya Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir. Bundan əlavə, ermənilərin Qarabağda yaşamağa məcbur edilməsi də özünü göstərir. Aprel hadisələri də göstərdi ki, ermənilərin torpaqlarımızı qorumaq üçün gücü yoxdur. Hətta bunu özləri də etiraf etdilər".N. Cəfərov qeyd edib ki, bütün bunlara baxmayaraq Dövlət başçısının ötən həftə hökumətin 9 aylıq hesabatı ilə bağlı keçirilən iclasında söylədiyi kimi dediyi kimi ölkəmizə təzyiqlər var: "Hətta əks tərəfdən də müəyyən iddialar gəlməkdədir. Amma təzyiqlər daha çox regionda hakimiyyətin hansısa gücün və ya güc maraqlarını əhatə dairəsində saxlamaqdan irəli gəlir. Burada ermənilərin mənafeyi ya ikinci üçüncü planda, dayanır, ya da ümumiyyətlə nəzərə alınmır. Ermənilərdən sadəcə vasitəçi kimi istifadə olunur. Lakin bütün bunların qarşısında güclü Azərbaycan, eləcə də tarixən bu torpaqda yaşayan və bu torpağın məsuliyyətini daşıyan xalq dayanıb. Dövlət başçısının da söylədiyi kimi ölkəmizə qarşı edilən təzyiqlərə baxmayaraq Azərbaycan buna heç zaman razılıq verməyəcək. Dağlıq Qarabağ ölkəmizin ayrılmaz torpaqlarıdır və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

sia.az

Digər xəbərlər