"Ümumiyyətlə müsbət haldır ki, Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutteriş BMT-nin yeni baş katibi seçilməmişdən əvvəl qaçqınlar, miqrantlar məsələsi ilə məşğul olurdu". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, Azərbaycanın ən böyük faciələrindən biri Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi nəticəsində yüz minlərlə insanların öz yurd-yuvalarından didərgin düşməsi idi: "Mənə elə gəlir ki, bu məsələ BMT-nin yeni Baş katibin diqqətində olmalıdır. Münaqişələrin həlli, sülhün bir sıra bölgələrdə bərqərar olunması BMT-nin ən əsas vəzifələrindən biri olmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı müvafiq qətnamələri var. Biz BMT Baş katibinin diqqətini bu məsələyə cəlb etməliyik. Beləcə BMT qətnamələrin icrası ilə bilavasitə məşğul olmağa başlamalıdır və münaqişənin həllinə çox ciddi yanaşmalıdır".
sia.az