PDF Oxu

Siyasət

  • 23

Gündüz İsmayılov: “Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə çalışırıq” AÇIQLAMA

Gündüz İsmayılov: “Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə çalışırıq” AÇIQLAMA

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ermənistanın təcavüzkarlıq siyasətinin beynəlxalq aləmdə ifşa edilməsi, eyni zamanda bu siyasətin nəticəsində dağıntıya məruz qalmış tarixi-dini abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız, qəbiristanlıqlarımız, türbələr və s. bağlı mütəmadi olaraq müxtəlif dillərdə buroşüralar hazırlanıb. Həmin buroşüralar müxtəlif xarici ölkələrdə yayılıb". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov SİA-nın əməkdaşının sualını cavablandırarkən deyib.Onun sözlərinə görə, bundan başqa qurum işğal olunmuş ərazilərimizdəki məscidlər, ziyarətgah, kilsələr, alban kilsələri ilə bağlı foto sərgilər təşkil edib: "Bu foto sərgilər Bakıda və respublikamızın digər bölgələrində keçirilib. Biz buna paralel olaraq BMT-nin Mənzil Qərargahında, YUNESKO-da, Brüsseldə, Moskvada bu il isə Təbrizdə işğal olunmuş ərazilərimizdə qalan tarixi-dini abdilərimizin dağılması ilə bağlı onların əvvəlki və indiki fotolarından ibarət sərgilər təşkil etmişik. Bununla bağlı Komitənin ayrıca kitabı da nəfis şəkildə çap olunub. Biz bu kitabı da rus və ingilis dillərində çap etməyi nəzərdə tutmuşuq. Eyni zamanda həmin kitab fars dilində də çapa hazırlanıb. Bir sözlə, erməni işğalı, vandalizmi və bunun törətdiyi nəticələrlə bağlı beynəlxalq təşkilatlar, xarici ölkələr səviyyəsində bütün əməkdaşlıq etdiyimiz qurumların imkanlarından istifadə edərək Azərbaycan həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini mümkün olduğu dərəcədə yaymağa çalışmışıq".

sia.az

Digər xəbərlər