Dünən Astaf və Gurbulaq ərazi ilk partiya təşkilatlarında yığıncaq keçirildi. Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev geniş məruzə ilə çıxış edərək ərazi ilk partiya təşkilatlarının üzvlərini və partiya fəallarını 26 sentyabrda keçirilən referendumda yüksək fəallıqla səsvermədə iştirak etdiklərinə və bütün dəyişiklik və təkliflərə "HƏ" dediklərinə görə, onlara öz dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.
M.Yolçuyev yığıncaq iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu daxili və xarici siyasətdən danışdı, 2016-cı ilin ötən dövrü ərzində ölkəmizdə, eləcə də, rayonumuzda görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.
YAP Daşkəsən rayon təşkilatının sədri Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə onların hər birini ürəkdən təbrik etdi. Müstəqilliyimizin qorunub-saxlanmasında Ulu Öndər Heydər Əliyevin və Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin böyük zəhmətləri olduğunu vurğuladı.
Keçirilən yığıncaqlarda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olundu. Onlarla sakin YAP sıralarına qəbul olundu.