PDF Oxu

Siyasət

  • 29

Rövşən Rzayev: “Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında tab gətirə bilməz” AÇIQLAMA

Rövşən Rzayev: “Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında tab gətirə bilməz” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistan hələ də qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Bunun da əsas səbəbi erməni lobbisinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin siyasətinə təsir edə bilməsidir. Ona görə də ermənilər konstruktiv mövqeyə gəlmirlər". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, həmsədr dövlətlərin mövqeyi səsləndiriləndə təbii ki, onlar da bu cür təxribat yönümlü hərəkətlərini davam etdirməyə başlaylırlar: "Heç şübhəsiz ki, bu yaxşı heç nə vəd etmir. Ona görə də məsələlərə beynəlxalq hüquq müstəvisində qiymət vermək lazımdır. Siyasi proseslərin təsiri altında təbii ki, bunu etmək düzgün deyil. Azərbaycanın ərazisi işğal altındadır. Ölkəmiz ilk dövlətdir ki, bir milyon qaçqın və məcburi köçkünü var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Amma təəssüf ki, onlar bunu etmirlər. Beləcə, təcavüzkar erməni hərbi silahlı qüvvələri öz istəklərini qabardacaqlar. Aprel hadisələrində Ermənistanın etdiyi təxribatçı hərəkətlərin qarşısında Azərbaycan ordusu gücünü göstərdi. Onlar başa düşməlidirlər ki, Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında tab gətirə bilməz".

sia.az

Digər xəbərlər