PDF Oxu

Siyasət

  • 20

Politoloq: "Bizim bu təşkilatlarda üzvlüyümüz siyasi balansı qorumaqdır" AÇIQLAMA

Politoloq: "Bizim bu təşkilatlarda üzvlüyümüz siyasi balansı qorumaqdır" AÇIQLAMA

"Küveyt hakimiyyəti Ermənistana 1.5 milyon dollar yardım etdi və bunu qardaşlıq əlaqələrinin kiçik təcəssümü adlandırdı. Türkiyə və Pakistandan başqa islam dövlətlərinin hamısının ya birmənalı və açıq, ya da gizlincə Azərbaycanın Qarabağ haqq savaşında Ermənistanın tərəfini tutması faktdır". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərin görə, Qurani Kərimdə lənətlənən yəhudilər özünü müsəlman hesab edənlərdən fərqli olaraq haqqı dəstəkləyərək Azərbaycanı seçdi: "Beynəlxlaq qurumlar tərəfindən Ermənistanın təcavüzü haqqında qəbul olunan bütün qərarlarda İrandan fərqli olaraq İsrailin Azərbaycanın mövqeyini dəstəkləməsi də təkzibolunmaz faktdır. Azərbaycanın islam Konfransı təşkilatında təmsilçiliyi bir növ MDB üzvlüyümüz kimi formal xarakter daşıyır. Bizim bu təşkilatlarda üzvlüyümüz əsasən siyasi balansı qorumaqdır. İqtisadi və hərbi dəstəyin qarşısını ala bilməsək də Ermənistana verilən siyasi dəstəyi bir qədər neytrallaşdırmaq mümkün olur".

sia.az

Digər xəbərlər