"GUAM-ın hərbiləşdirilməsi ideyasının reallaşmaması heç şübhəsiz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılması ilə bağlı ola bilər". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, GUAM xeyli zamandır uğurlu fəaliyyət göstərsə də, sonradan fəaliyyətində müəyyən çətinliklər yarandı: "Ola bilsin ki, bu, Rusiyanın hansısa təzyiqləri ilə bağlıdır. İndi vəziyyətdən çıxmaq üçün GUAM haradasa qərbyönümlü bir qurumdur. Təbii ki, Rusiya öz ətrafında KTMT yaradırsa, ona qarşı regionda digər hərbi blokun yaranmasına da ehtiyac var idi. Ola bilər ki, Rusiyanın təzyiqləri nəticəsində bu iş alınmadı. Amma hesab edirəm ki, əgər GUAM hərbi bloku yaransa, hərbi qüvvələr olsa, bu Ukraynanın, Gürcüstanın, Azərbaycanın xeyrinə olardı. Amma gec-tez bu hərbi blok yaranacaq. Çünki KTMT daha çox ambisiya ilə çıxış edir".
sia.az