Bu mövzuda YAP Yevlax rayon təşkilatında tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Yevlax şəhər Mədəniyyət və Turizm idarəsi Azərbaycan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş təntənli yığıncaq keçirdi. Tədbiri YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq, Dövlət Himnimizin ifasından sonra, ilk növbədə, bayram münasibəti ilə hər kəsi təbrik etdi. O, müstəqillik tarixi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 25 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. 1993-cü ildə çaşqınlıq içərisində yaşayan ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdi. Sonra Yevlax şəhər mədəniyyət və turizm idarəsinin əməkdaşı Rafiq Məmmədov "Azərbaycan müstəqillik illərində" mövzusunda məruzə ilə çıxış etdi. Real tarixi faktlara istinad edən natiq öz çıxışında bildirib ki, nəhayət, müsətqillik əldə etmək kimi növbəti tarixi şans 1991- ci ilin oktyabrında yarandı. Lakin o zaman ölkədə xaos, hakimiyyətsizlik, vətəndaş itaətsizliyi baş alıb gedirdi. Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı qara qüvvələrin arzusunu gözündə qoydu və sonrakı proseslər Azərbaycanın müstəqilliyinin etibarlı təminatçısı oldu.
Çıxış edən Niyaz Hüseynov bildirdi ki, "bu gün Ulu Öndərin müqəddəs və gələcəyə hesablanmış siyasi ideylarını fəaliyyətinin əsas prioriteti etmiş möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizi beynəlxalq səviyyədə müstəqil fikir söyləmək hüququ olan subyekt kimi tanıtmışdır",- deyən məruzəçi çıxışını bir daha iştirakçıları əlamətdar ildönümü münasibətilə təbrik etməklə yekunlaşdırdı.
Sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının müstəqillik illərini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirildi. Bukletlər paylandı.
Sonda Yevlax şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndiridi. O, qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixini yaşatmaq və gələcək nəsillərə aşılamaq bizim hər birimizin mənəvi vətəndaşlıq borcumuzdur.
NƏZAKƏT