PDF Oxu

Siyasət

  • 29

Tamerlan Vahabov: “Azərbaycan güclənir” AÇIQLAMA

Tamerlan Vahabov: “Azərbaycan güclənir” AÇIQLAMA

"Hesab etmirəm ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı qətnamələri icra etməməklə Cənubi Qafqazda müharibə ocağının yaranmasında maraqlı olsun". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Onun sözlərinə görə, BMT TŞ-sı bir çox məsələdə özünün effektivliyini tam sürətdə göstərə bilməyib: "Hətta bildiyiniz kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də 20 ildən artıqdır ki, davam edir. Amma bu ona dəlalət etmir ki, BMT TŞ tərəfindən hər hansı bir qəsd varki münaqişə açıq saxlanılsın. Çünki sözügedən qurumda müxtəlif dövlətlər (həm daimi, həm də qeyri-daimi nümayəndələr) var. Təbii ki, onların hər biri öz maraqları prizmasından çıxış edir. Bununla belə inanıram ki, o dövlətlərin çoxusu öz məsuliyyətini hiss edir və dünyanın hər bir bölgəsində münaqişə zonalarında sülhün bərqrərar olunmasına səylərini artıracaqlar". T.Vahabov əlavə edib ki, ermənistan lobbisinin apardığı işlər nəticəsində bu münaqişənin həll olunmur və maneələr yaradılır: "Amma son zamanlar Azərbaycanın xarici siyasətində atdığı uğurlu addımlar göstərir ki, bunun axırı yoxdur. Həm Ermənistan, həm də onu dəstəkləyən qüvvələr bunu anlamalıdırlar. Bu gün beynəlxalq müstəvidə Azərbaycanın əlaqələri daha da artır".

sia.az

Digər xəbərlər