"Ümumiyyətlə Nüvə müharibəsinin olması ehtimalı çox aşağıdır. Çünki bu dünyanın sonu olacaq". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, müdafiə sistemi nə qədər güclü də olsa bu çox böyük itkilərə gətirib çıxaracaq: "Azərbaycanın isə Nüvə müharbəsinə hazırlıq səviyyəsi Müdafiə Nazirliyinin nəzarətində olan bir şeydir. Onların da informasiyaları mən bildiyimə qədər kifayət qədər qapalı informasiyadır. Hətta Fövqəladə Hallar Nazirliyi bu sahədə kifayət qədər işlər görüb. FHN istənilən fövqəladə hala hazırdır. Hər halda arzulamırıq ki, belə bir şey olsun. Amma əgər belə bir şey olsa, Azərbaycan öz vətəndaşlarını qorumaq imkanına malikdir".
sia.az