PDF Oxu

Siyasət

  • 5

Partiya sədri: “Müxalifət ictimai dəstəkdən məhrum olub”AÇIQLAMA

Partiya sədri: “Müxalifət ictimai dəstəkdən məhrum olub”AÇIQLAMA

"Ümumiyyətlə bu gün Azərbaycan müxalifətinin bədbəxtçiliyi ondadır ki, onlar normal fəaliyyət qura bilmirlər və mənsub olduqları partiyalarda islahat keçirə bilmirlər". Bunu SİA-ya "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, müxalifət suyun üzündə qalmaq üçün müxtəlif bəhanələrdən istifadə edir: "Onlardan biri də sözün həqiqi mənasında korrupsiyada adı hallanan, cinayət törətmiş insanları müdafiə etmələridir. İndi bunlardan soruşmaq lazımdır ki, əgər siz demokratik, hüquqi cəmiyyət uğrunda mübarizə aparırsınızsa və bunu bəyanatlarınızda pafosla ifadə edirsinizsə, bəs o zaman siz hansı hüquqdan danışa bilərsiniz ki, cəmiyyətə ziyan vurmuş, cinayət işlətmiş, korrupsiyay bulaşmış insanları müdafiə edirsiniz. Yəni bu onların fəaliyyətində ikili standartların olduğunu göstərir. Bu mənada hesab edirəm ki, onların ən böyük bəlalarından biri məhz budur. Ona görə də ictimai dəstəkdən məhrum olublar".

sia.az

Digər xəbərlər