PDF Oxu

Siyasət

  • 9

Mübariz Əhmədoğlu: "Papanın səfəri Azərbaycana hədsiz fayda gətirdi" MÜNASİBƏT

Mübariz Əhmədoğlu: "Papanın səfəri Azərbaycana hədsiz fayda gətirdi" MÜNASİBƏT

"Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesdə dəyişiklik yaranıb. ABŞ hesab edir ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin Bakıda 3 tərəfli format yaratması onun Qafqaz planının puç olması deməkdir". SİA-nın məlumatına görə, bunu bugün politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı"nda deyib.Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovun Qarabağ bəyanatında ermənipərəstlik var, həm də onun yaxın zamanlarda istefaya getməsi də burada rol oynayır.Onun sözlərinə görə, Rusiyanın ermənilərə dəstəyinin digər istiqamətləri var: "Rusiya Türkiyə ilə yaxınlaşır. Lakin burada bəzi məqamlar da var. Rusiya Türkiyə yaxınlaşmasındakı bəzi məsələlərin həlli Azərbaycandan asılıdır. Bəs, bunlar Azərbaycanın milli maraqlarına uyğundurmu?".M.Əhmədoğlu Dağlıq Qarabağda çox ciddi sürətdə hərbi əməliyyatlar gözləyir: "Apreldən bu yana Azərbaycan erməni təxribatlarına cavab vermək üçün 7 dəfə hərbi əməliyyatlara başlamaq üçün cəhdi edib. Lakin regionda baş verən hadisələr bunun qarşısını alıb. Bura Roma papasının regiona səfəri, KTMT-nin iclası da daxildir. Lakin indi belə bir səbəb yoxdur".Politoloq qeyd edib ki, indi hərbi əməliyyatlar başlasa, 4-5 gün yox, daha çox davam edə bilər: "Hesab edirəm ki, qarşıdakı mərhələ Dağlıq Qarabağ münaqişəsi üçün həlledici olacaq. Aprel hadisələrindən sonra beynəlxalq birlik Qarabağı Ukrayna, Suriya ilə bir sırada tutdu. Beynəlxalq birlik ancaq Qarabağdakı hərbi əməliyyatlara reaksiya verir. Lakin Ukrayna, Suriyadan danışanda Qarabağdan danışmırlar".Politoloq əlavə edib ki, Rusiya həmişə münaqişənin nizamlanması prosesində həlledici rol oynayıb: "Biz imkan vermədik ki, beynəlxalq birlik bizi Rusiya ilə düşmən kimi tanısın. Əgər belə olsaydı bizə investisiya yatırmayacaqdılar. Ermənilər özlərini Rusiyanı Qafqazdakı maraqlarının daşıyıcısı etmişdilər. Lakin Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan Rusiyanı itirdi. Rusiyanın apardığı siyasət Ermənistanı cilovlamaq məqsədi daşıyır. Son zamanlar bu siyasətdə ermənipərəstlik müşahidə edilmir".Politoloq qeyd edib ki, ermənilər Rusiyanı qorxurtdu ki, guya Ermənistan Rusiyadan qaça bilər. Rusiya Erməniləri Təşkilatının sədri Ara Abrahamyan Yerevana gəlib dedi ki, əgər biz Rusiyaya lazım deyiliksə, bizi buraxsınlar. Yəni qaçma siyasətilə Rusiyanı qorxurtdular.M.Əhmədoğlu deyib ki, münaqişənin tənzimlənməsində ən böyük dəyişiklik yaradan Roma Papasının səfəri idi: "Bu Azərbaycanın xeyrinə, Ermənistanın zərərinə idi. Ermənilər sabit dini təfəkkürə sahib deyillər. Dünyada elə bir dini cərəyan yoxdu ki, ermənilər qoşulmasın. Papa da bunu bilir və istəyir ki, ermənilərə katoliklərə tərəf çəksin. Papa Ermənistanda Türkiyəyə tərəf 2 göyərçin buraxdı. Bu barışığa çağırmaqdır. Ermənilər isə bunu istəmir".Politoloq xatırladıb ki, Papa Ermənistanda "erməni soyqırımı" ifadəsini işlətmədi. Papa Bakıda bildirdi ki, Azərbaycan tək dinli, tək millətli dövlət deyil: "Bu Ermənistana mesaj idi. Papalar tək ABŞ prezidentlərinin ailə üzvləri ilə görüşür. Azərbaycana səfəri zamanı isə Prezidentin ailəsi ilə görüşdü. Papanın regiona səfəri

sia.az

Digər xəbərlər