PDF Oxu

Siyasət

  • 14

Naftalanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olunub

Naftalanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olunub

Naftalan şəhərində 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə ümumşəhər tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzmüşlər.

Heydər Əliyev Mərkəzində davam edən tədbiri Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev açaraq 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildiyi tarixi gündən 25 il keçdiyin bildirib: "1991-ci ilin 18 oktyabrda Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişilməsi müstəqilliyimizi təhlükə altına alırdı. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən Ulu Öndərimiz xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atıb - atəşkəsə nail olunub, "Əsrin müqavilə"si imzalanıb, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunub. Bu gün Heydər Əliyev siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla, həm də məqsədyönlü şəkildə davam etdirilir".

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək, 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, qeyd edib ki, 2016-cı il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi beşinci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir: "Hələ ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın Böyük Oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlanmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. İyirmi beş illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir".

Daha sonra Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov "Dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti" mövzusunda çıxış etdi.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər