PDF Oxu

Siyasət

  • 13

Qobustan rayonunda "Dini radikalizmlə mübarizə" mövzusunda dini maarifləndirici tədbir keçirilib

Qobustan rayonunda "Dini radikalizmlə mübarizə" mövzusunda dini maarifləndirici tədbir keçirilib

Dünən Qobustan rayonu Təklə kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə" mövzusunda dini maarifləndirici tədbir keçirilib.

DQİDK-nin mətbuat xidmətindən "SƏS"ə daxil olan məlumata görə, tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şamaxı regional şöbəsinin əməkdaşı Ramil Zeynallı, Qobustan rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Zaur Tağıyev, Qobustan şəhər "Heydər" Məscidi Dini İcmasının sədri Çingiz Babaşov, ağsaqqallar, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri R.Rəhimli dini radikalizmlə mübarizədə dini maarifləndirmənin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri islam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara və qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə, ilk növbədə, dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı A.Şikarov ölkəmizin tarixi-dini ənənələri və bu ənənələrin qorunmasının vacibliyindən bəhs edib. Qeyd edib ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də, gənclər fəal iştirak etməli və bu prosesə öz töhfəsini verməlidirlər.

Daha sonra mövzu ətrafında rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Z.Tağıyev və Qobustan şəhər "Heydər" Məscidi Dini İcmasının sədri Ç.Babaşov çıxış edərək, radikal dini cərəyanların yaranması, təbliğat metodları, habelə, bu cür hallara qarşı mübarizə üsulları haqqında geniş məlumat veriblər.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər