PDF Oxu

Siyasət

  • 16

Azər Həsrət: “Müxalifət yeni qrant imkanı əldə etmək dərdindədir” MÜNASİBƏT

Azər Həsrət: “Müxalifət yeni qrant imkanı əldə etmək dərdindədir” MÜNASİBƏT

"Müxalifət öz düşüncələrinə uyğun siyasi məhbus siyahısı hazırlayıb və 94 nəfərin adını ora qeyd edib. Bu siyasi məhbus krtiteriyalarını onlar öz düşüncələri əsasında müəyyənləşdirib. Bu absurddur, özü də yekəsindən". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, müxalifətin siyasi məhbus elan etdiyi şəxslərin arasında iri çaplı korrupsionerdən tutmuş reket jurnalistə qədər hər cür yaramaz ünsürün adı var: "Təbii ki, belə insanlardan ibarət bir siyahı düzəltmək onların məqsədinin heç də kimlərinsə hüquqlarını qorumaq olmadığını sübut edir. Hələ mən dövlətə qarşı silahlı dirəniş göstərən adamların da o siyahıda olduğunu demirəm. Belə absurd siyahı düzəldənlərin məqsədi, təbii ki, yeni qrant imkanı əldə etməkdir".

sia.az

Digər xəbərlər