PDF Oxu

Siyasət

  • 9

Millət vəkili: “Bu, ermənilərin də gözündən qaçmayıb”MÜNASİBƏT

Millət vəkili: “Bu, ermənilərin də gözündən qaçmayıb”MÜNASİBƏT

Prezident İlham Əliyevin Rusiyanın "Sputnik" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi intervüyə baxdım. Bu, janr baxımından qətiyyən portret intervü deyildi. Ancaq belə demək mümkünsə, verilən nahamar suallara cənab Prezidentin açıq, cəsarətli və səmimi cavabları onu portret intervüyə çevirib".SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, dövlət başçısı Rusiya prezideni haqqında danışanda belə səsləndirdiyi faktlarla həm də öz potrtetini cızır: "Bəlli olur ki, cənab İlham Əliyevin Putinə rəğbətinin kökündə onun Azərbaycana ilk səfərində Şəhidlər Xiyabanını ziyarət etməsi, Ulu Öndərə, dövlətimizə sayğıyla yanaşması, sadəliyi və sözübütövlüyü durur.Bu, ermənilərin də gözündən qaçmayıb. Onlar yazırlar ki, KTMT-nin İrəvanda keçirilən sammitində Serj Sarqsyanı aşağılayanlar "Rusiya təbliğatının komandiri Kiselyovu İlham Əliyevlə intervü götürməyə göndərərək" yüksəklərə qaldırıblar. Bəli, həmin intervüdə cənab Prezident doğrudan da yüksəklərdə görünür. Yüksəklərdə görünməsinə də səbəb onun rusiyalı jurnalistin Sərkisyan kimilərə heç vaxt verilməyən, verilsə belə cavablandıra bilməyəcəkləri çətin suallara açıq və qətiyyətli cavabıdır".

sia.az

Digər xəbərlər