"Rot ailəsi daima Qərbin müsəlmanlara qarşı "insan hüquqları" adı altında həyata keçirdiyi çirkin "çekist" oyunlarının əsas oyunçuları olublar
Qısa xülasə...
Oktyabrın 20-də "Human Rights Watch" təşkilatı Azərbaycan haqqında növbəti dəfə hesabat yayıb. Hesabatın mahiyyətinə keçmədən öncə bu təşkilat haqqında, illərdir dövlətimizə qarşı tutduğu qərəzli, riyakar mövqeyi ilə bağlı qısa xülasə vermək yerinə düşər. "Human Rights Watch" özünün internet səhifəsində göstərir ki, qurumun 1993-cü ildən bu günə qədər olan icraçı direktoru Kennet Rot adlı şəxsdir. K.Rot Braun Universitetinin məzunudur. Atası yəhudi olub və ikinci dünya müharibəsindən sonra insan hüquqlarını "müdafiə" edən şəxs kimi tanınıb. Bir sözlə, Rot ailəsi onilliklərdir ki, Qərbin müsəlmanlara qarşı "insan hüquqları" adı altında həyata keçirdiyi çirkin "çekist" oyunlarının əsas oyunçuları olublar. Özünü "Beynəlxalq İnsan Hüquqları Təşkilatı" adlandıran bu qurum indiyə qədər Qərb dövlətləri ilə bağlı hesabat hazırlamayıb və ya sırf tərifnamə təsiri bağışlayan bu hesabatlar kimsənin də diqqətyini cəlb etməyib. Maraqlıdır, bu qurum Suriya, İraq, Fələstin, Əfqanıstan və Qarabağda tökülən qan və tapdalanan insan hüquqları ilə bağlı bircə dəfə də olsun hesabat açıqlamayıb. Səbəbi bəllidir. Təəccüb doğurur, mütəxəssis-hüquqşünas və jurnalist"lərdən ibarət 275 nəfərlik komanda ilə işləyərək bütün dünya ölkələri ilə bağlı hesabatlar açıqlamaq bu təşkilatı necə ayaqda tutur? Kiçik araşdırma ilə bir sıra mühüm detalları əldə etmiş olduq. "Human Rights Watch" əslində bir neçə dövləti "tasa" oturdub. Eyni zamanda, pul müqabilində istənilən biznesmenin, lobbi təşkilatının qulu olmağa hazır olan bu təşkilatın Avropada erməni iş adamlarından aldığı milyonların müqabilində sərgilədiyi mövqe başadüşüləndir. Əslində, 2016-ci il mayın 14-də bu təşkilatın Azərbaycan haqqında açıqladığı hesabatın hansı məqsədlərlə hazırlandığı tam açıq görünürdü. Sanki hansısa beynəlxalq təşkilat deyil, Ermənistan rəhbərliyi Azərbaycan haqqında fikirlər söyləyir. Eləcə də 2007-ci il iyulun 16-da Azərbaycana səfər edən K.Rot geri qayıtdıqdan sonra yenə də öz ənənəsinə sadiq qalaraq, növbəti dəfə olmayan vicdanını pula qurban vermişdi. Belə ki, onun hesabına 100 milyon dolların köçürüldüyü ilə bağlı faktlar ortaya qoyuldu. Bundan başqa, "Wikiliks" saytının yaydığı məlumatlarda bu təşkilat "mənəvi terror" maşını adlandırılırdı. Daim Azərbaycana qarşı qərəzli qütbdə dayanan təşkilatın əsas himayədarlarının Qərbdə yaşayan erməni iş adamlarının, eyni zamanda, Qərbin bəzi təxribatçı dairələrinin olduğu heç kimdə şübhə yaratmır. Keçək 2016-ci ilin 20 oktaybrında açıqlanan hesabata...
"ABŞ-da, Fransada pulla ələ alınan insanlara hicab taxmış müsəlman qadınlarını daşa basmaq tapşırığı kimlər tərəfindən və nə üçün verilib!?
"Human Rights Watch" 75 səhifəlik hesdabatda Azərbaycanla bağlı yazır: "Təqib, həbs, sürgün: Azərbaycan hökumətinin tənqidçilərinə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyətinə davamlı basqısı..." Əvvəla, ilk oxunuşda insanda belə bir təəssürat yaranır ki, söhbət Azərbaycandan deyil, yüz faiz İslamofobiyanın baş alıb getdiyi Avropa ölkəsindən və ya hazırda Qərbin müharibə meydanına çevirdiyi hansısa ərəb ölkəsindən gedir. Ancaq mövqe olduğu kimi yerindədir. Müqayisə edək: son bir ay ərzində Fransa, Almaniya, İsveç, Hollandiya, İngiltərə və digər ölkələri təqibə məruz qoyur, onların ayrı-ayrılıqda hüquq-mühafizə orqanlarına çağırıb, Avropanı tərk etmələrini tələb edirlər. Təqib budur, yoxsa sizin bizim haqqımızda yazdığınız cəfəng fikirlər!? ABŞ-da və Fransada islam dinini qəbul etmiş bütün xristianlar təqib olunur, sonda müxtəlif bəhanələrlə şərlənərək həbsə göndərilirlər. Eləcə də Avropa dövlətləri açıq şəkildə bəyan edirlər ki, müsəlmanları sürgün edəcəklər. ABŞ prezidentliyinə namizəd Donald Trampın isə bunu açıq şəkildə bəyan etməsi, bütövlükdə özünü "supergüc" adlandıran bir ölkə üçün xəcaslətdən başqa bir şey deyil. Və ya ABŞ-da, Fransada pulla ələ alınan insanlara hicab taxmış müsəlman qadınlarını daşa basmaq tapşırığı kimlər tərəfindən və nə üçün verilib!? Həmçinin, ABŞ-da son 1 il ərzində irqi və dini ayrıseçkilik nəticəsində onlarla insan qətlə yetirildi. Hətta bu proseslərin davamı olaraq 2 nəfər jurnalist canlı efirdə güllələnərək öldürüldü. Sizin dediyiniz "insan hüquqları və ədalət" budurmu!? "Human Rights Watch" daha sonra Azərbaycanın böhran içərisində olduğunu, ölkədə inflyasiyanın ən son həddə çatdığını bəyan edir. Bu təşkilatın dediklərini həqiqi hal kimi qəbul etsək, o zaman Azərbaycan adlı dövlət mövcud olmamalı idi. Çünki ölkəmizdə inflyasiyanın olması ilə bağlı bu şəkildə sərsəm iddianı ortaya atanlar bilməlidirlər ki, əgər dedikləri kimi inflyasiya son həddə olsa idi, ölkə dağılmalı idi. Eləcə də Azərbaycanın iqtisadi böhran yaşaması ilə bağlı iddialar səsləndirən bu qurum izah edə bilərmi ki, ölkəmizdə bircə sosial layihə belə niyə dayandırılmadı, zavodlar və fabriklər nə üçün bağlanmadı, işsizlər ordusu yaranmadı? Bütün bunlar baş vermədiyinə görə də qısqanclıq öz sözünü deyir. Dünya iqtisadi böhran içərisində qıvrılarkən Azərbaycan yeni iş yerləri açdı, sosial layihələrin həyata keçirilməsini sürətləndirdi, bu sahədə yeni mexanizmlər ortaya qoydu, yeni zavod və fabriklər istehsala başladı.
"Gülünc" iddiaların iflası..."
Hesabatda bildirilir ki, 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində Azərbaycan hökuməti bəzi insan haqları müdafiəçilərini azad etsə də, guya çoxları hələ də həbsdədir, ya da ölkədən qaçmalı olublar. Əvvəla, sizlərin "insan hüquqları müdafiəçisi" kimi təqdim etdikləriniz bizim sivil qanunlarımızla cinayətkarlardılar. Onlar dövlətin maraqlarını satmış bu və ya digər formada maliyyə fırıldaqçılığına yol vermiş, ölkəmiz haqqında xarici xüsusi xidmət orqanlarına "donos"lar yazmış şəxslərdir. Başa düşürük, "agent"lərinizə görə narahatsınız. Amma onlar sizin üçün necə əzizdirsə, qanunlarımızı icra etmək, dövlət və milli maraqlarımızı qorumaq da bizim üçün müqəddəs dəyərdir. Sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı hesabatda yer alıan fikirlər isə, sadəcə, gülüş doğurur. Çünki Azərbaycanda radikal müxalifət Qərbin bəzi təxribatçı dairələrinin maliyyə dəstəyi ilə təkcə sentyabr ayı ərzində 3 dəfə mitinq keçirdi. "Milli Şura"nın və Müsavatın keçridiyi mitinqlər Azərbyacanda sərbəst toplaşmaq azadlığnın mövcudluğunu təsdiq edən faktorlar deyilmi!? Və nəhayət "Human Rights Watch" təşkilatı beynəlxalq təşkilatları ittiham edərək Azərbyacana qarşı təzyiqlərin tətbiq olunmasını tələb edir. Görəsən, "Human Rights Watch" BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Qarabağla bağlı qəbul edilmiş 4 qətnaməsinin yerinə yetirilməsi üçün niyə beynəlxalq təşkilatlar və Ermənistan qarşısında tələb qoymur? Çünki bu gün Azərbaycanla bağlı bu təşkilatı danışdıranlar elə Qarabağı işğal edənlər, işğalçıları himayə edənlər və dünyanı terrora məruz qoyan dövlətlərdir.
Samir