PDF Oxu

Siyasət

  • 20

Vasif Əfəndi: “Taleh Bağırzadə Vətənə xəyanət etmiş insandır” MÜNASİBƏT

Vasif Əfəndi: “Taleh Bağırzadə Vətənə xəyanət etmiş insandır” MÜNASİBƏT

"Hər il Azərbaycanda ölkəmizə dost olmayan qeyri hökumət təşkilatları tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara siyasi məhbus siyahıları təqdim olunur. Siyasi məhbus olaraq təqdim olunan siyahıda ictimai fəllarla yanaşı qatı cinayətkarların - korrupsiya və rüşvətxorluq, konkret xuliqanlıq əməli, dini ekstremizi təbliğ edən edənlərin adlarını gördüm və heç də təəccüblənmədim. Çünki, İranın və ya qərbin Azərbaycana dost olmayan qurumları tərəfindən hazırlanması tövsiyyə edilən belə siyahıların ortaya çıxması gözlənilən haldır". Bunu SİA-ya Vəhdət Pariyası sədrinin ümumi əlaqələr üzrə müavini Vasif Əfəndi deyib. Onun sözlərinə görə, Əli İnsanov kimi korrupsionerin və Taleh Bağırzadə kimi Vətənə xəyanət edən birisinin adının siyasi məhbus olaraq beynəlxalq qurumlara təqdim edilməsi çox gülünc və qərəzlidir: "Məlumdur ki, siyasi fəaliyyətlə məşğul olan bir sıra gənclərimizin də adı bu siyahılarda əksini tapıb. Bu gənclər arasında siyasi naşılıq üzündən davranışlarında və hərəkətlərində aşırı fəallıq göstərərək hüquqi çərçivəni pozduqlarına görə mühakimə edilərək azadlıqdan məhrum edilənlər də vardır. Lakin islah olunması mümkün olan gənclərimizin bu sayaq ekstremist və korrupsioner ünsürlərlə bir siyahıda adları çəkilməsi əslində ictimai fəalların əfv olunmasını daha da əngəlləyir".

sia.az

Digər xəbərlər