PDF Oxu

Siyasət

  • 5

Bakıda I Beynəlxalq Çörək Festivalı keçirilib

Bakıda I Beynəlxalq Çörək Festivalı keçirilib

Dünən ilk dəfə olaraq, Bakıda I Beynəlxalq Çörək Festivalı keçirilib. Tədbirdə Azərbaycanın 24 şəhər və rayonu və Türkiyə, Özbəkistan, Qazaxıstan təmsilçiləri də iştirak ediblər. Festivalda bölgələr və ölkələr üzrə ayrılmış yerlərdə hər bir yer üçün xarakterik olan çörək və çörək məhsulları qonaqlara təqdim edilib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva kulinarları əlamətdar gün münasibətilə təbrik edib. Beynəlxalq Kulinariya Gününün ölkəmizdə 2007-ci ildən keçirildiyini qeyd edən S.Məmmədəliyeva Azərbaycan mətbəxinin tanıdılmasında Kulinariya Mərkəzinin rolunu vurğulayıb. Nazir müavini "Çörək Festivalı"nda nümayiş olunan məhsulların Azərbaycan mətbəxinin zənginliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Beynəlxalq Kulinariya Günü 2004-cü ildən qeyd olunur. Hazırda 115 ölkə bu günü qeyd edir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva festivalın keçirilməsini yüksək qiymətləndiriblər.

Tədbirdə, həmçinin, milli mətbəxin təbliğində fəal iştirak etmiş aşpazlara, media nümayəndələrinə və şirkətlərə diplomlar təqdim olunub. Milli mətbəxin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya "Azərbaycan Milli Mətbəxinin Səfiri" diplomu təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər