PDF Oxu

Siyasət

  • 10

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi region gəncləri ilə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi region gəncləri ilə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi region gəncləri ilə növbəti görüş keçirib. Görüşün əsas məqsədi siyasi arenada kifayət qədər aktuallıq qazanmış sosial şəbəkələrdə aktivliyinin və keyfiyyətli fəaliyyətinin təşkil olunması istiqamətində olub. Dünyanın inkişaf etmiş ölkələri kimi Azərbaycanın da iqtisadi inkşafının təmin edilməsində informasiya və kommunikasiya texnologiyalarının xüsusi yeri vardır və bu sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir. Təsadüfi deyil ki, 2013-cü il Prezident İlham Əliyev tərəfindən "İKT ili" elan edilmişdir. Bununla belə, İKT sahəsində bir çox gənclərimizi göstərə bilərik ki, məlumatlılığın və praktiki təcrübələrinin olmamasi baxımindan dünya çərçivəsində olan gənclərdən geri qalırlar. Görüşün prioritet istiqamətlərindən biri də gənclərin sosial şəbəkələrin təhlükəsizlik qaydaları, problemləri, dini radikalizmi təbliğ edən qrupların təsiri altına düşməmələri, xaricdən Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasında yazılan anti-Azərbaycan fikirlərin əsaslı olmadığını, heç bir reallığa söykənmədiyini sosial şəbəkələr vasitəsilə beynəlxalq arenaya çatdırmaqdır.

Ü.ƏSGƏROV

Digər xəbərlər