Yaxud AXCP sədrinin məzarı hazırdır, başdaşı da qoyulub və qalır ölüm tarixinin qeydi
"Facebook" social şəbəkəsində aparılan sorğu nəticəsində AXCP sədri Ə.Kərimlinin "REAL" hərəkatının sədri İlqar Məmmədova uduzduğu məlum olub. Maraqlısı da budur ki, "Əli Kərimli, yoxsa İlqar Məmmədov?" sualı altında keçirilən soğruda AXCP sədrinin "söyüş qrupları" və saxta profilləri belə onun dadına yetişməyib. Lakin maraqlı məqam budur ki, bənzər sorğu bir müddət əvvəl də keçirilmişdi və həmin sorğuda da eyni nəticə əldə olunmuşdu. Bu isə, ilk növbədə, belə deməyə əsas verir ki, Ə.Kərimli aşkar şəkildə İ.Məmmədovun qarşısında aciz durumdadır. Hətta həbsdə olmasına baxmayaraq, İ.Məmmədovun Ə.Kərimlini məğlub etməsi isə bəzi məqamları ortaya çıxarmış olur.
İndi də "HamamTimes" səhifəsi satqın çıxdı?
Uduzmasından bərk narahatlıq və qəzəb hissi keçirən AXCP sədri, eləcə də müavin-müşavir yığını sorğunu keçirən "HamamTimes"in admininə təzyiq edib, onu "qeyri-obyektiv" olmaqda suçlayıb, sosial şəbəkədəki "söyüş qrupları" isə öz "işlərini" görürlər – sorğu keçirən tərəfi təhqir edirlər. Həmçinin, şəbəkədə şayiə yayırlar ki, guya "HamamTimes" səhifəsi "satılıb".
Digər tərəfdən, heç vaxt reallıqla barışmadığını sərgiləyən cəbhə sədri hələ də dərk etmək istəmir, ya da bu qabiliyyətə malik deyil. Onun belə bir vəziyyətə düşməsi, heç də təsadüfi deyil. Onun hər dəfə rüsvayçı məğlubiyyətlərinin kökündə dayanan əsas faktor ictimai rəy içində illər boyu qazandığı nifrət mövcudluğudur. Məhz bu mövcudluq onun yararsız siyasətçi olduğunu aşkar qaydada ortaya qoyub.
Belə olan vəziyyətdə hansı insan ona siyasi dəstək, siyasi rəğbət göstərə bilərdi ki?!
AXCP sədrinin nəyə görə xalq qarşısında bu qədər nifrinlərə səbəb olması amilini araşdıraq. Belə bir araşdırmadan sonra nəticə hasil olunur ki, Ə.Kərimli heç bir zaman siyasi arenada başıuca gəzməyib. Düzdür, fiziki quruluşuna görə o öz başını dik tuta, hətta daha da yuxarı qaldıra billər. Amma bu, onun mənəvi tərəfdən başıuca olması anlamını verə bilməz. Məsələ də, məhz bundadır ki, AXCP sədri referendumdan qabaq yedək qurumu sayılan "Milli Şura" vasitəsilə mitinqlərindən də başıaşağı getdi. "Məhsul" stadionunda istədiyi dəstəyi ala bilməyən Ə.Kərimli acı, ağır və rüsvayçı məğlubiyyətin nəticəsini insanlarda axtarmağa başladı. Belə olan vəziyyətdə, hansı insan ona siyasi dəstək, siyasi rəğbət göstərə bilərdi ki?!
Bu məğlubiyyət onun "siyasi boyuna" tam şəkildə ölçülüb və biçilib!
Hətta bu gün Ə.Kərimli "Azadlıq" partiyasının sədri Əhməd Orucla, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə, "Yurddaş" partiyasının sədri Mais Səfərli ilə, "Ədalət" sədri İlyas İsmayılovla, ADP sədri Sərdar Cəlaloğlu və digər partiya sədrləri ilə bənzər sorğuda rəqabət aparsaydı, yenə də məğlub olacaqdı. Bu məğlubiyyət onun "siyasi boyuna" tam şəkildə ölçülüb və biçilib!
Artıq Ə.Kərilminin nəninki müxalifətdə, hətta siyasətdə qalmasının mümkünsüzlüyü özünü aşkar şəkildə büruzə verir. O öz siyasi ölümünə hələ uzun illər öncə, lideri Əbülfəz Elçibəyə etdiyi xəyanəti vaxtından imzasını atıb. Bundan sonra o, AXCP-dəki demokratik-sivil mübarizə və rəqabət baxışlı insanları oradan uzaqlaşdırıb, yalnız özü kimi çirkin siyasi oyunlarla, şər-böhtanlarla, xəyanət vasitəsilə siyasət yürüdən insanları "Yurd" daxilində saxlayıb. Bununla da, siyasi məzarını qazmış olub. Son sorğu isə onun illər öncə özü üçün qazdığı məzarın simvolik başdaşıdır. Bircə qalır, həmin başdaşının üzərinə ölüm tarixinin yazılmasına. Çox yəqin ki, ictimaiyyət bunu da görəcək.
Rövşən RƏSULOV