PDF Oxu

Siyasət

  • 11

Millət vəkili: “Azərbaycan bütün söhbətlərə açıqdır”MÜNASİBƏT

Millət vəkili: “Azərbaycan bütün söhbətlərə açıqdır”MÜNASİBƏT

"Ermənistan rəsmiləri tərəfindən söylənilən fikirlərin hər biri uydurma erməni təbliğatlarından, yalanlarından, riyakarlığından başqa bir şey deyil". Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev deyib.Deputatın sözlərinə görə, bu gün Ermənistanın hakimiyyətdə olan cinayətkar siyasi dəstəsi yalnız Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır və reallıqları təhrif etməklə məşğuldur: "Amma təəccüblüsü budur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrində bu zaman susurlar və məsələlərə aydınlıq gətirmək istəmirlər. Prezident İlham Əliyev açıq şəkildə Azərbaycanın Dövlət Müstəqilliyinin yenidən bərpası ilə bağlı 18 oktyabr 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktının 25-ci ildönümü ilə bağlı çıxışında da aydın şəkildə birdaha ölkəmizin mövqeyini də vurğuladı və beynəlxalq təşkilatlarda kimlərin bu işə obyektiv münasibətini, kiminin isə ikili standartla yanaşdığını bəyan etdi. Ümumiyyətlə, Azərbaycan bütün söhbətlərə açıqdır".

sia.az

Digər xəbərlər