"Azərbaycan Çexiya əlaqələrinin dərin kökləri var. Azərbaycan müstəqillik qazanandan sonra münasibətlərimizdə yeni mərhələ başladı". SİA-nın məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonki mətbuat konfransında deyib.O bildirib ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir: "Azərbaycan Çexiya üçün çox vacib ölkədir və bizim strateji tərəfdaşımızdır. Azərbaycan Çexiyaya neftin diversifikasiyasına dəstək verir. Biz neftin 30 faizini Azərbaycandan alırıq. Bizim şirkətlər Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihələrində aktivdir. Gələn ilin yanvarında Bakıda Çexiya-Azərbaycan hökumətlərarası komissiyanın iclasını keçirməyi planlaşdırırıq".Səfir əlavə edib ki, Çexiya Azərbaycan iqtisadiyyatında vacib investorlardan biridir: "Son altı ildə Çexiya Azərbaycana 2 milyard dollardan artıq investisiya qoyub. Bizim ölkəmiz iri investorlar arasında altıncı yerdədir".
sia.az