Bu adamların dəyirmi masa ətrafında oturub pafoslu danışmaqdan, qabaqlarına A4 varağını qoyub, şəkil çəkməkdən yamanca xoşları gəlir. Təki tədbir və dialoq olsun və özlərini müxalifət adlandıran radikallar öz nifrinlərini tökə bilsinlər. Bəs məqsədləri nədir? Öz aləmlərində görüntü və imitasiya yaratmaq istəyirlər ki, guya iqtidar məcbur olub dialoqa gəlib. Paho, Ə.Kərmlinin, İ.Qəmbərin "uzaqvuran" və "yaxıntutan" siyasətinin məqsədinə bir bax! İqtidar-müxalifət dialoqunu yenidən gündəmə gətirməyə çalşan radikallardan bunun səbəbini soruşanda, "ölkə böhranlı vəziyyətdədir, Azərbaycan əldən gedir" deyib, bunu zəruri hesab edirlər. Bu ölkənin sərhədlərini, torpaqlarını, xəritəsini qoruyan yüzminlərlə əsgərimiz var. Narahat olmayın, Azərbaycan əmin əllərdədir. Hər kəs də işinin başında... Nədir sizi bu fikrə gətirən!? "Freedom House" və "Human Rights Watch" təşkilatlarının açıqladığı hesabatlardanmı həvəslənib bu dərdə tutulmusunuz? Onsuz da dialoqda demək istədiklərinizi əlinizdə olan media vasitəsilə deyirsiniz də. Amma sizin hansı formada dialoq istədiyiniz bəllidir. Özünüz buna inanmırsınızsa, heç olmasa dilinizi saxlayın.
25 ildir AXCP üzvü olan, bu illər ərzində bir nimdaş köynək-şalvarla, boz qalstukla "cəbhə sindrdomuna" yoluxan, işləyib pul qazanmağı özünə ar bilən, bu müddətdə arzusunda olduğu nazir, icra başçısı postunu hər gün xəyal edən, ali təhsili, işləmək qabiliyyəti, vətəndaşlıq mövqeyi olmayan at boyda kişiləri indi də Türkel Kərimliyə yaltaqlanan görürəm. Türkel öz ana dilində yazmağı özünə sğışdıra bilmədiyinə, Bristol Universitetində bir neçə ilə "əyləncəvi təhsil" aldığına, bir az da özünü Qərbsayağı göstərmək istədiyinə görə sosial şəbəkələrdə ingilis dilində statuslar yazır. Bu cəhənnəmə, bir də baxırsan ki, Nurəddin Məmmədlinin "kopyası" olan, öz dilində danışanda ağzından horra tökülən 70 yaşlı bir kişi Türkelin statusuna şərh yazır: "eşq olsun, uğurlar...". Bu adamın bircə dombalaq aşması qalıb, ardınca elə şeylər yazır ki, sanki bu dəqiqə qanadlanıb göyə uçacaq. Bu boyda cinayətlərin məsuliyyətini kim daşıyacaq, Ə.Kərimli? 25 ildir "cəbhəçi" deyib də müxtəlif vədlərlə yanında saxladığın bu qədər kişinin, evinə çörəkpulu qazanıb aparmaq əvəzinə, sənin yersiz "ideal"ların uğrunda özünü uçuruma aparan insanların ahını kim götürəcək? Niyə aldadırsan bu kişiləri? Bir kostyumda boğmusan at boyda kişiləri. Bəlkə də normal vətəndaş ola bilərdilər. Amma sən qoymadın! At boyda kişilər işləməyi, pul qazanmağı özlərinə ar bilirlər. Sənin sayəndə... Bir gün üzünə vuracaqlar. Necə ki, bir neçə il bundan öncə İ.Qəmbərin təxribatlarına uyub, şəhərdə çaxnaşma yaratmaq istəyən gənc həbsdən çıxandan sonra onun üzünə tüpürdü. İ.Qəmbərdən yardım istəyən gəncə "mən xeyriyyə fondu deyiləm" cavabını verəndə, gənc onun üzünə tüpürdü. İndi hər şeyi var. Amma illərini, gəncliyini itirdi. Halbuki İ.Qəmbər bu gəncə görə milyonlarla qrant mənimsəyib, oğlu Turqutun istikbalına sərf etmişdi. Haramınız olsun!
Samir