""Azadlıq" qəzeti sırf Əli Kərimlinin marağına xidmət göstərən bir sektadır. Bu qəzet heç vaxt obyektiv fikir dərc etmir. Qəzetin tirajladığı bütün materiallar kompromat fikirlər‚ şər-bohtan xarakterli‚ dövlətçiliyimizi hədəf alan xəbərlər olur. Azadlıq qəzetinin bütün amalı və hədəfi Azərbaycan dövlətçiliyinə zərbə vurmaq‚ ölkəyə mənfi imic qazandırmaq və Əli Kərimlinin‚ AXCP-nin maraqlarının təmin olunmasına çalışmaqdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.Son günlər "Azadlıq" qəzetində daha geniş vüsət alan şər-böhtan kampaniyasına münasibət bildirən M.Məmmədov qeyd edib ki, bu qəzet xarici qüvvələrin və anti-Azərbaycançı dairələrin‚ bilavasitə AXCP-nin gizli xidmət etdiyi erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir: "Məhz bu səbəbdən bu qüvvələrin "Azadlıq" qəzetində bütün istək və maraqları təmin olunur. Həmin qüvvələrin birbaşa istək və tapşırığı olaraq bu qəzet fasiləsiz Azərbaycan dövləti əleyhinə fikirlər tirajlayaraq dövlətçiliyimizə qarşı düşmən mövqe sərgiləyir. Məsələ tam aydındır‚ çünki bu sekta orqanı media və mətbuat qaydalarından 360 dərəcə uzaq fəaliyyət göstərir. Qəzetin bütün fəaliyyət prinsipində obyektivlik‚ tərəfsizlik‚ qərəzsizlik kimi medya qanunları kobud şəkildə pozulur. Fəaliyyət predmeti sadəcə bir məsələdən ibarətdir: Əli Kərimli və AXCP-nin maraqlarından çıxış etmək və Azərbaycan dövlətçiliyini hədəf almaq. Bu qəzetin bütün qayəsi və amalı bundan ibarətdir".
sia.az