Bakıda Çexiyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil dilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ölkəsinin müstəqillik tarixindən danışıb. Azərbaycan Çexiya münasibətlərindən danışan diplomat,iki ölkə arasında çox yaxşı münasibətlərin olduğunu bildirib. O deyib ki, əlaqələrimiz aktiv şəkildə inkişaf etməkədir. Çexiyanın Avropa İttifaqı ölkələri arasında Azərbaycanla ən yaxşı tərəfdaşlıq əlaqələri olan ölkələrdən biri olduğunu vurğulayıb.
Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov Çexiya xalqını və dövlətini bayram münasibətilə təbrik edib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilik qazanması ölkəsi ilə münasibətlərdə yeni səhifə açıb: "Çexiyanın neftə olan tələbatının 31,6 faizini Azərbaycan təmin edir. Azərbaycanda isə Çexiya investorları çox fəaldır. Hər iki ölkənin əlaqələrinin inkişafı üçün böyük potensial var. Gələcək inkişaf naminə hər iki ölkə liderləri də güclü siyasi iradə nümayiş etdirir".
Z.Əsgərov deyib ki, Çexiya Avropa İttifaqı ölkələri arasında ilk dəfə olaraq 2013-cü ildə Xocalı soyqırımı haqqında qətnamə qəbul edib.
Təbirdə həmçinin, Çexiya musiqisi və mətbəx nümunələri təqdim olunub.
sia.az