PDF Oxu

Siyasət

  • 10

Cümşüd Nuriyev: “Uorlik və ABŞ səfiri hərəsi bir söz danışır” AÇIQLAMA

Cümşüd Nuriyev: “Uorlik və ABŞ səfiri hərəsi bir söz danışır” AÇIQLAMA

"Ümumiyyətlə ATƏT-in Minsk qrupunun həmsədrləri görür ki, Rusiya və Türkiyə münasibətləri həddindən həddindən artıq yaxınlaşıb. Hətta vaxtilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovda belə bir söz işlətmişdi ki, Türkiyə bu işdə həlledici rol oynaya bilər. Amma baxmayaraq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov erməniləri müdafiə etmişdi. Sonrada Lavrov əsas söz sahibi kimi çıxış etdi ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əvəzedilməz rol oynaya bilər". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, ABŞ çox gözəl görür ki, hazırda Rusiya və Türkiyə münasibətləri çox yüksək səviyyədədir: "Bundan başqa Azərbaycan öz xarici siyasətində daha çox sərbəst istiqamət götürüb. Venesuela prezidentinin Bakıya gəlməsi, hazırda isə Xorvatiya prezidentinin Azərbaycanda olması və s. rəsmi Amerikanı narahat etməyə bilməz. Ona görə də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir söz danışır, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ayrı söz deyir. Təbii ki, bunların hamısının arxasında ABŞ-ın öz maraqları durur. Heç kimə sirr deyil ki, həmsədlərin görüşlərinin heç bir effekti olmayacaq. ATƏT-in həmsədrliyi də məhz buna xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin tutduğu mövqe daha düzgündür. Yəni elə etməsinlər ki, Azərbaycan sərbəst yolu seçsin. Artıq ona da bir şey qalmayıb".

sia.az

Digər xəbərlər