PDF Oxu

Siyasət

  • 14

Nəsimi rayonunda "Ümumrespublika Yaşıl Marafon" layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda "Ümumrespublika Yaşıl Marafon" layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kampaniyası davam etdirilərək, artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir. Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayon ictimaiyyəti nümayəndələri tərəfindən "Ümimrespublika Yaşıl Marafon" layihəsi çərçivəsində rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin, ümumilikdə, 500 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində ağacəkmə aksiyası təşkil olunub.

İlk növbədə, Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, bura mineral gübrələr səpilib, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib. Keçirilən aksiya zamanı ərazidə 2000 ədəd yeni ağac və parklarda yeni gül kolları əkilib. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının, mütəmadi olaraq keçirilməsi nəzərdə tutulubdur.

Ü.ƏSGƏROV

Digər xəbərlər