PDF Oxu

Siyasət

  • 5

ABŞ-da prezident seçkiləri öncəsi - nə baş verir?

ABŞ-da prezident seçkiləri öncəsi - nə baş verir?

SİYASİ ANALİZ

Qarşılıqlı ittihamlar ucuzlaşır, rəqib tərəflər açıq savaşa qalxıb

ABŞ-da prezident seçkiləri ərəfəsində demokratlar və respublikaçılar arasında siyasi mübarizə get-gedə daha da qızışır. Xüsusilə, prezidentliyə namizədlər - Hillari Klintonla Donald Tramp arasında yaşanan olaylar və bu olaylar çərçivəsində irəli sürülən ağlasığmaz ittihamlar amerikalı seçicilərin də böyük təəccüblərinə səbəb olmaqdadır. Hətta belə hesab etmək olar ki, Amerika tarixində budəfəki post-seçki dövrü kimi heç bir dövr olmayıb. Tərəflər bir-birlərini korrupsiyada, siyasi manipulyasiyalarda, seçiciləri müəyyən vasitələrlə ələ almaqda və s. suçlamalarda ittiham etməklə, əslində, ABŞ-ın mövcud siyasi mənzərəsini göz qarşısına qoyur. Ümumiyyətlə, baş tutan hər bir debat sensassiyalı və təəccüblü nəticələrlə başa çatır. Artıq istər respublikaçıların, istərsə də demokratların tərəfdarları Klinton-Tramp mübarizəsini sivil-demokratik ənənələrə sahib rəqabət kimi deyil, aşkar düşmənçilik kimi qəbul etməyə başlayıblar. Bu faktor isə Amerikanın əsrlərdən bəri formalaşmış seçki ənənələrinin dəfni kimi də qiymətləndirilə bilər. Ortada olan iddialar, faktlar və dəlillər də bu cür düşünməyə zəmin yaradır.

Trampın "ölü canlar" iddiası, Klintonun cinayəti və ABŞ KİV-lərinə müharibə elanı

Bu arada respublikaçı rəqibi Donald Trampı üstələyən Hillari Klinton rəqibini "uğursuz" adlandırıb. Belə ki, buna səbəb Trampın uduzacağı təqdqirdə, seçkilərin nəticələrini tanımayacağı barədə verdiyi bəyanatı olub. SİA xəbər verir ki, bu barədə "interfax.ru" ABŞ KİV-lərinə istinadən yazır.

"Mən qərarımı zamanı çatanda verəcəm"-deyə bildirən respublikaçı namizəd bu sözlərini rəqibi Hillari Klintoqnla Las-Veqasda keçirdiyi teledebatda deyib. Lakin bununla da kifayətlənməyən respublikaçı namizəd bildirib ki, onun seçki marafonuna mane olan tərəflərdən biri də ABŞ KİV-ləridir. Donald Tramp bildirib ki, KİV-lərə inanmır: "KİV-lərə inanmaq olmaz. Onlar yalnız sifarişlər əsasında işləyirlər". Qeyd edək ki, respublikaçı namizəd daha öncələr də KİV-ləri onun seçki kampaniyası ilə mübarizədə demokratlara aşkar dəstək göstərməsində ittiham edib. Belə ki, ABŞ KİV-lərinin əksər çoxluğu açıq şəkildə tərəfkeşlik nümayiş etdirərək, Klintonu dəstəkləyir. O cümlədən, Amerika mediasını təhrif olunmuş xəbərləri dünya mediasına transfer etməkdə günahlandırıb. Ümumiyyətlə, Trampın sözlərinə görə, hazırkı prezident seçkilərində ABŞ KİV-ləri təmiz işləməməklə yanaşı, korrupsiyaya bulaşıblar.

Trampın növbəti ittihamı isə seçici qeydiyyatı ilə bağlıdır. O bildirir ki, hətta qeydiyyata alınmamalı olan seçicilər belə, qeydiyyata alınıblar ki, burada Klinton düşərgəsinin "ölü canlar"dan istifadəsinə eyham vurulub: "Milyonlarla insanlar seçkilərdə səs vermək üçün qeydiyyata alınıblar, hansı ki, onların bir çoxu qeydiyyata alınmamalıydılar".

Bundan əlavə, Donald Tramp inanır ki, Klinton ciddi cinayətlər törədib və həmin cinayətlərin təqsirkarı özüdür. Bu baxımdan, onun seçkilərdə iştirakına imkan verilməməliydi. "Onun seçkilərdə iştirak etməsinə imkan verilməməlidir"-deyə qeyd edən Tramp növbəti dəfə düşmən gözündə baxdığı Klintonu ABŞ-ın dövlət katibi olarkən Ağ Evin deyil, şəxsi elektron poçt qutusundan istifadə etdiyini xatırladıb. Onun fikrincə, bu cinayətdir və dövlət maraqlarını hesaba almamaqdır.

Klintonun seçki qərargahı - Tramp seçki qərargahına gözəl, ağır çəkisi olmayan, gözəgəlimli qadınları cəlb edir

Lakin Hillari Klinton da boş dayanmır və Trampı gah arvadbazlıqda, gah irqçilikdə, gah da seksual mozaxistlikdə ittiham edir. Məsələn, bir müddət əvvəl ciddi bir iddia irəli sürülsə də, bu iddia öz təsdiqini tapmadı. Klintonun seçki qərargahı sosial şəbəkələrdə təxminən belə bir şayiə buraxmışdı - Tramp seçki qərargahına gözəl, ağır çəkisi olmayan, gözəgəlimli qadınları cəlb edir və onları seçiciləri qarşısına çıxararaq, siyasi xal toplamağa çalışır. Üstəlik, Tramp seçki qərargahında istədiyi qadına yaxınlaşaraq, onları öpür və bununla təcavüzkarlığını ortaya qoyur. Amma sonradan bunun belə olmadığı üzə çıxdı.

İndi Klinton rəqibi Trampı az səslə üstələyib və bunu belə izah edir: "Baxın, kimsə artıq uğursuzluğa düçar olub, biz isə irəliləməkdə davam edirik".

Klinton Şimali Karolinadakı seçiciləri ilə görüşündə bildirib ki, Trampın seçkilərin nəticələrini tanımayacağı barədə fikirləri Amerika demokratiyasına vurulan zərbədir: "Tramp bu cür davranışları ilə demokratiyaya ciddi təhlükə yaradır. Əgər sən seçkilərin nəticələrini tanımırsansa, bu, birbaşa demokratiyaya vurulan zərbədir. Amerikanı Amerika edən hakimiyyətlərin bir-birinə sülh yolu və sabitliklə təhvil verilməsidir".

Hətta bu gün ABŞ-da bu seçkini bu ölkənin tarixinə düşmüş şimallılarla cənubluların müharibəsi kimi qiymətləndirənlər də var

ABC telekanalının ötən həftə keçirdiyi ictimai sorğu nəticəsində isə, bəlli olub ki, Klinton Trampı 12% səs çoxluğu ilə üstələyir. Lakin Trampın qərargahında məsləhətçi olan Kelli Konvey NBC telekanalına bildirib ki, onlar müəyyən dərəcədə geridə qalsalar da, mübarizə dayanmayıb. "Heç kim demir ki, mübarizə dayanıb"-deyə Trampın məsləhətçisi vurğulayıb.

Nəticə etibarilə budəfəki seçkilər ABŞ-ın istər demokratiya, istərsə də sivil seçki mübarizəsi baxımından nə qədər geriləməsini sübuta yetirib. Yəni fakt budur ki, ABŞ seçkiləri rəqabətdən açıq savaşa doğru irəliləməkdədir. Hətta bu gün ABŞ-da bu seçkini bu ölkənin tarixinə düşmüş şimallılarla cənubluların müharibəsi kimi qiymətləndirənlər də var. Görünür, ABŞ-da baş tutacaq növbəti prezident seçkiləri, məhz bu istiqamətə doğru sürətlə yol alıb.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmişkən, məşhur ABŞ müğənnisi və pornoulduzu Madonna bəyan etmişdi ki, əgər Klinton qalib gələrsə, ona səs vermiş amerikalı kişilərin cinsiyyət orqanlarından öpəcək (?). Əcəb seçkidir...

Digər xəbərlər