PDF Oxu

Siyasət

  • 7

BEA Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

BEA Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Bakıda Elmi İnkişaf üzrə Beynəlxalq Şura- Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik Valter Kofler (Avstriya), BEA-nın Baş Katibi, BEA Rusiya Bölməsinin prezidenti, akademik, professor, Dr. Oleq Qlazaçev iştirak etmişlər. İştirakçılar əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı önünə gül dəstələri düzülmüşdür. İclası BEA AB prezidenti, akademik, professor, geologiya-minerologoya elmləri doktoru Elçin Xəlilov açaraq BEA AB-nin 15 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edən qonaqları təqdim etmiş və iclasın gündəliyi ilə içtirakçıları tanış etmişdir. BEA-nın prezidenti, akademik Valter Kofler iclas iştirakçılarını salamlayaraq, akademiyanın Azərbaycan bölməsində çalışan alimlərin ötən dövrdə əldə etdiyi nailiyyətləri, keçirdiyi beynəlxalq konfransların, seminarların, nəşr olunmuş elmi əsərlərin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, azərbycanlı alimlər əl-ələ verərək bir-birinə kömək edirlər. Ona görə də elmi əhəmiyyətli işlər yüksək səviyyədə olur. BEA-nın Baş katibi, BEA Rusiya Bölməsinin prezidenti professor, Dr. Oleq Qlazaçev çıxış edərək demişdir ki, 15 ildən sonra akademiyanın Azərbaycan Bölməsində müxtəlif elm sahələrinin alimləri ixtisaslaşaraq və sıx birləşərək öz peşəkar elmi əmək fəaliyyətlərini yeni qüvvə ilə davam etdirirlər. Bu hərakatın davam etdirilməsi çox fərəhləndirici haldır və yüksəlişdir. Bu illr ərzində bu elm ocağının həyatında baş verən dəyişikliklər fərəh doğurur və maliyyə imkanları olmadan elmin səviyyəsi səmərəli olmuşdur. Tədbir zamanı çıxışlara fasilə verilərək, BEA AB-nin 15 illik yubileyi və fəaliyyəti haqqında videofilm nümyiş etdirilmişdir. 2001-2016-cı illər dövründə hesabat məruzəsi ilə BEA Azərbaycan bölməsinin prezidenti, akademik, professor Elçin Xəlilov məruzə etmişdir. E. Xəlilov çıxışında demişdir ki, 2001-2016-cı illər ərzində Beynəlxlq Elmlər Akademiyasının Azərbaycan Bölməsi bir neçə böyük beynəlxalq və milli konfranslar keçirmiş və onların məruzələr toplusu, monoqrafiyalar, kitablar və broşurlar H&E "Science Without Borders" ("Sərhədsiz Elm") Beynəlxalq Elmlər Akademiyasının məruzələri, 3 cild elmi məqalələr toplusu çapdan buraxılmışdır.

BEA-nın prezidenti, akademik Valter Kofler BEA AB-nin yeni həqiqi üzvü, akademiki, BEA-nın müxbir üzvləri seçilmiş namizədlərə diplomları və döş nişanlarını təqdim etmişdir. Azərbaycan MEA-nın akademiki, MEA-nın Geologiya İnstitutunun laboratoriya müdiri Rərviz Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti,texnika elmləri doktoru,BEA-nın müxbir üzvü Abbas Quvalov,SOCAR Geofizika və Geologiya İdarəsinin rəis müavini, "Geophysics Neüs"in "Azerbaijan" jurnalının baş redaktoru, "Azərbaijanın" Milli Geofizika Komitəsinin Sədr müavini, fizika-riyaziyyat elmləri namizədi, Dünya Geofiziklar Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi Yusif Şıxəliyev, "Xalq" qəzetinin baş redaktorunun müavini, Azərbacan Respublikasının əməkdar mədəniyyət işçisi Afət Məmmədov, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri doktoru, professor, Bakı şəhəri 1 №-li vərəm əleyhinə dispanserin baş həkimi Yavər Şıxəliyev BEA-nın həqiqi üzvləri seçilmişlər.

"Intergeo-Tetis" Beynəlxalq Elmi-Texniki Kompleksin laboratoriya müdiri, "Epidbiomed" şirkətinin direktoru, texnika elmləri namizədi Surxay Mustafayev, "Beynəlxalg Ələqələr" üzrə, Çin Xalq Respublikası Şanxay Universitetinin rəsmi nümayəndəsi, Ümümdünya Elmi-Əməkdaşlıq Təşkilatının Koordinasiya Şurasının üzvü, fəlsəfə elmləri dokroru "Renying" Li BEA-nın müxbir üzvü seçilmişlər.

Elmin və təhsilin inkişafında görkəmli nailiyyətlərə görə BEA akademiki, professor, Dr. Məhbubə Vəliyevaya BEA AB-nin Qızıl Nişanı və diplom təqdim edilmişdir. Açıq səsvermə ilə BEA AB-nin Rəyasət Heyyəti, Prezidenti, Baş katibi və vitse-prezidentləri, Sturuktur rəhbərləri seçilmişdir. Akademik, professor Elçin Xəlilov yenidən BEA AB-nin prezidenti seçilmişdir. BEA AB-nin 2017-2022-ci illər üçün İşlər Planı müzakirə edilərək təsdiq edilmişdir. Sonda BEA-nın prezidenti, akademik Valter Kofler çıxış edərək, bu yüksək ada və mükafata görə təltif olunanları təbrik etmiş və akademiyaya fəaliyyətində yeni uğurlar arzulamışdır.

NƏZAKƏT

Digər xəbərlər