PDF Oxu

Siyasət

  • 10

Rasim Musabəyov: "ABŞ-ın seçki sistemində xeyli qüsur var"

Rasim Musabəyov: "ABŞ-ın seçki sistemində xeyli qüsur var"

"ABŞ-ın seçki sistemi əlbəttə ki, ideal deyil. Söhbət təkcə sistemdən deyil, həm də onun tətbiqindən gedir". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, hazırda bu sistemin tətbiqində xeyli qüsurlar aşkarlanıb. O bildirib ki, ABŞ-da əslində prezidentliyə 4 namizəd var. Onlardan ikisi kiçik partiyaların- Libertarian və Yaşlılar partiyalarının nümayəndələridir: "Onların seçkidə iştirak etmələri üçün gərək hər bir ştatda namizədlikləri qeydə alınsın. Bu isə asan məsələ deyil. Amma indi iki əsas namizəd var və onların cəmiyyətdə reytinqi müsbət yox, mənfidir. Amerikalılar iki pis, arzuolunmayan şəxs arasında seçim etməlidir. Bu, problemdir və düşünürəm ki, onlar müəyyən korreksiyalar edəcək. Digər tərəfdən, ABŞ-ın öz ənənəsinə uyğun olan seçki sistemi var və bunu ideal kimi hamıya sıramaq doğru deyil. Yəni, bu seçkilərdə aşkarlanan qüsurlar göstərdi ki, ABŞ-ın digər ölkələrə dərs keçmək, ağıl vermək əvəzinə, öz sistemini təkmilləşdirməsi daha düzgün olardı. ABŞ-da hansısa məsələ kənardan düzgün qəbul edilmədikdə, tənqid olunduqda, deyirlər ki, "bu, bizim ənənəmizdir". Siz öz ənənənizlə hesablaşırsınızsa, zəhmət çəkin ayrı ölkələrin də ənənəsinə dözümlü yanaşın".

R.Musabəyov hesab edir ki, ABŞ-da seçkilər əslində şou xarakteri daşıyır: "Ağıllı danışan namizəd əslində olub. Amma çox ağıllı danışan namizədi seçici eşitmir. Ona görə də şou yaradırlar. Respublikaçı Donald Tramp prezident seçilsə, özünü Jironovski kimi aparmayacaq. ABŞ sistemi hər bir məsul vəzifə tutan şəxsi ABŞ-ın qaydaları ilə hesablaşmağa məcbur edir".

Politoloqa görə, ABŞ cəmiyyəti daxilində kifayət qədər ciddi impulslar olduğu halda, seçki sistemi də dəyişə bilər: "Trampın respublikaçı partiyasının üzvü olmadan, daxili seçkilər nəticəsində özünü namizdə kimi sırıması göstərir ki, bu prosedurda da dəyişiklik etmək lazımdır. Yəni, sən patiyanın namizədi o halda ola bilərsən ki, azı beş, on il onun üzvü kimi fəaliyyət göstərəsən. Amma küçədən gəlib namizədliyini verirsən. Respublikaçı partiyanın çoxu Trampı öz namizədi kimi görmür, qəbul etmir. Amma prosedur belə idi ki, ilkin seçki nəticəsində özünü namizəd kimi təsdiqlədi. Düşünürəm ki, bir çox dəyişikliklər baş verəcək".

sia.az

Digər xəbərlər