PDF Oxu

Siyasət

  • 7

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər. SİA-nın məlumatına görə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev gündəlikdə olan məsələlər, o cümlədən YAP-nın yaradılmasının 24-cü ildönümü ilə bağlı keçiriləcək tədbirlər haqqında məlumat verib.

Ş.Hacıyev bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən YAP Səbail rayon təşkilatı da həmişə olduğu kimi, bu il də ölkəmizdə keçirilən bir sıra tədbirlərin təşkilində mühüm rol oynayır: "Belə ki, cari ilin sentyabr ayınnı 26-da keçirilən ümumxalq ümumxalq səsverməsinin nəticələri təkmilləşən və inkişaf edən Azərbaycanın siyasi sisteminə cəmiyyətimizin yeni baxışını ortaya qoydu. Azərbaycan vətəndaşları bunu aydın şəkildə dərk etdilər və sentyabrın 26-da sözün həqiqi mənasında, ölkəmizin inkişafına xidmət edən belə bir referendumun keçirilməsini birmənalı şəkildə dəstəkləməklə bir daha xalq dövlətimizin yürütdüyü siyasətini priortiet məsələ kimi qiymətləndirdi. Bütövlükdə, gördüyünüz kimi, 26 sentyabrda keçirilən ümüumxalq səsverməsi cəmiyyətin ayrı-ayrı fəaliyyət sferalarında şəffaflığın, vətəndaşla dövlətin birbaşa dialoqunun təmin edilməsi Azərbaycanın demokratik dəyərlərə nə qədər sadiq olduğunu sübut etdi".

Sonra ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumat verilib. Həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparlıb.

Tədbirdə digər çıxış edənlər də müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Sonda YAP Səbail rayon təşkilatı adından seyntyabrın 26-da keçirilən referendumda fəal iştiirakına görə bir qrup partiya üzvlərinə fəxri fərmanlar təqdim olunub.

sia.az

Digər xəbərlər