Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər, o cümlədən, YAP-ın yaradılmasının 24-cü ildönümü ilə bağlı keçiriləcək tədbirlər haqqında məlumat verib: "Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən YAP Səbail rayon təşkilatı da, həmişə olduğu kimi, bu il də ölkəmizdə keçirilən bir sıra tədbirlərin təşkilində mühüm rol oynayır. Cari ilin sentyabr ayının 26-da keçirilən ümumxalq səsverməsinin nəticələri təkmilləşən və inkişaf edən Azərbaycanın siyasi sisteminə cəmiyyətimizin yeni baxışını ortaya qoydu. Azərbaycan vətəndaşları bunu aydın şəkildə dərk etdilər və sentyabrın 26-da ölkəmizin inkişafına xidmət edən belə bir referendumun keçirilməsini, birmənalı şəkildə dəstəkləməklə bir daha xalqın dövlətimizin yürütdüyü siyasətini priortiet məsələ kimi qiymətləndirdi. Bütövlükdə, gördüyünüz kimi, 26 sentyabrda keçirilən ümüumxalq səsverməsi cəmiyyətin ayrı-ayrı fəaliyyət sferalarında şəffaflığın, vətəndaşla dövlətin birbaşa dialoqunun təmin edilməsi Azərbaycanın demokratik dəyərlərə nə qədər sadiq olduğunu sübut etdi".
Tədbirdə təşkilati məsələlərə baxılıb, ərazi ilk partiya təşkilatlarında görülmüş işlər barədə məlumat verilib. Həmçinin, cari məsələlər də mühzakirə olunub.
Tədbirdə digər çıxış edənlər də müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib və təkliflərini səsləndiriblər.
Sonda YAP Səbail rayon təşkilatı adından seyntyabrın 26-da keçirilən referendumda fəal iştirakına görə, bir qrup partiya üzvlərinə fəxri fərmanlar təqdim olunub.
RƏFİQƏ HÜSEYNOVA